Metropolitendə YENİ QADAĞA
Bizi izləyin

Nəqliyyat

Metropolitendə YENİ QADAĞA

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş Azərbaycan Respublikasının qanununun icrası Bakı metropolitenində xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrasına ciddi əməl olunması məqsədilə qurumun müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.

Müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib.
Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin sədri müvafiq əmr imzalayıb.
Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilmişdi. 2012-ci il iyunun 29-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda qaydaya əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub.
Lakin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğun olaraq, “Bakı Metropoliteni” QSC-yə məxsus inzibati binalarda və onların həyətlərində, hətta "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində olan açıq sahələrdə tütün məmulatlarından, o cümlədən qanunun tələblərinə müvafiq olaraq, ona bərabər tutulan yerlərdə siqaret və elektron siqaretdən istifadə qadağan olunub. Tütün məhsullarından yalnız razılaşdırılaraq xüsusi ayrılmış və müvafiq nişanı olan yerlərdə istifadə etməyə icazə verilir.
Bundan başqa, metropoliten stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında xüsusi ayrılmış və razılaşdırılmış yerlərdən başqa, hər hansısa xidməti sahədə, o cümlədən maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm