Nida.az
XİN Serj Sarkisyanın ittihamlarına cavab verdi
"Azərbaycan və Ermənistan ilə münasibətlərdə diferensial yanaşmanın tətbiq olunmasına çağıran Ermənistan prezidenti əslində mövcud həqiqəti etiraf edir. Əlbəttə ki, işğalçı və təcavüzkar dövlət olan Ermənistan və işğala məruz qalan dövlət olan Azərbaycan arasında fərq qoyulmalıdır".
Publika.az-ın məlumatına görə, bunu
jurnalistlərə açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Avropa
İttifaqı Şurasının sədri Donald Tusk ilə keçirdiyi mətbuat
konfransında söylədiklərini şərh edərkən bildirib.
XİN rəsmisinin sözlərinə görə, BMT nizamnaməsinə uyğun olaraq,
Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlardan
kənar beynəlxalq hüquqi qiymət verilməli və Ermənistanın
"cəzasızlıq" sindromuna son qoyulmalıdır: "Avropa İnsan hüquqları
Məhkəməsinin "Çiraqov və digərləri Ermənistana qarşı" işi üzrə
çıxardığı qərar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində
işğalçı dövlət kimi Ermənistanın məhz hüquqi məsuliyyətini müəyyən
edən fundamental sənəddir. 100 ilə yaxın dövr ərzində Avropanın edə
bilmədiyi birinci Avropa Oyunlarını uğurla təşkil edən Azərbaycan
Olimpiya idealları və "Olimpiya barışığı" fəlsəfəsinin bütün
Avropada, o cümlədən Cənubi Qafqazda təşviqinə əsaslı töhfə vermiş
oldu. Avropa Oyunları ərəfəsi və dövründə qoşunların təmas xətti və
Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsi pozmaqda davam edən
Ermənistan Olimpiya idealları və sivil dəyərlərdən tamamilə kanar
olduğunu bir daha sübut etdi. Sülh və barışıq rəmzi olan Ramazan
bayramında belə, Ermənistan atəşkəsi pozmaqdan və hətta mülki
şəxsləri, o cümlədən uşaqları hədəfə almaqdan çəkinmədi".
H.Hacıyev bildirib ki, 1999-cu ildə Ermənistan parlamentində
törədilmiş siyasi terror və dövlət çevrilişi ilə hakimiyyətə gələn
bu hərbi xunta və onun müasir davamı 2008-ci ildə saxta prezident
seçkilərindən sonra dinc nümayişçiləri odlu silahdan atəşə tutdu və
ilk növbədə Ermənistan vətəndaşları üçün böyük təhlükə olduğunu bir
daha nümayiş etdirdi. Ölkəni siyasi-iqtisadi və humanitar fəlakət
həddinə çatdıran Ermənistanın kriminal hərbi diktatura rejimi cəbhə
xəttində məsuliyyətsiz təxribatçı əməllər törətməklə, əslində
diqqəti ölkədaxili ifrat narazılıqdan yayındırmağa və xalqı xof
içərisində saxlamağa çalışır".
H.Hacıyev sonra qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu