Britaniya Parlamentində “Chatham House”a etiraz edilib
Bizi izləyin

Nida.az

Britaniya Parlamentində “Chatham House”a etiraz edilib

Avropa-Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Londonda “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirə dəvət olunması faktını pisləyib.

Millət vəkili ötən həftənin sonunda Böyük Britaniya Parlamentinin iclasında nitq söyləyərkən “Chatham House”un B.Saakyanı Londona dəvət etməsi qərarına etirazını bildirib. O, üzünü parlament üzvlərinə tutaraq sual edib ki, heç bir ölkə, hətta Ermənistanın özünün belə qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığı halda, özünü onun başçısı kimi təqdim edən şəxsə “Chatham House” tərəfindən diqqət yetirilməsi nə dərəcədə doğru qərardır?

B.Bləkman diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalı, 1 milyona yaxın azərbaycanlının isə öz evlərindən məcburi köçürülərək qaçqın düşərgələrində məskunlaşması ilə nəticələnib: “Düşünürəm ki, həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən bu ölkəyə dəvət olunması və ona çıxış etmək üçün tribuna verməsi olduqca yanlış bir qərardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul edib və onların icrası hələ də həyata keçirilməyib. Azərbaycan vətəndaşlarından daxil olan şikayətlərdə bildirilir ki, BMT-nin razılaşdırılmış qaydada qəbul etdiyi qətnamələr əsasən dərhal yerinə yetirildiyi halda, onlara aid məsələdə isə ədalətin bərqərar olunmasını 20 ildən çox gözləməli olublar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm