Nida.az
Azərbaycanlıların torpağı kürdlərə verilir - Səddamdan sonra yenə təkrarlandı
Kərkükdə şəhər valisinin istəyi ilə türkmanlara aid
sənədli evlərin dağıdılmasına başlanılıb.
Publika.az xəbər verir ki, Peşmərgəyə yaxın olan
kürd əsilli vali Necmettin Kerimin evlərin sökülməsi ilə bağlı
imzaladığı sənəd türkmanlar tərəfindən sərt etirazla
qarşılanıb.
“Biz türkman olduğumuz üçün sənədli evlərimizi sökdürürsünüz, nə
üçün digər tərəfin – kürdlərin sənədsiz evlərinə, obyektlərinə
toxunmursunuz. Hətta kürdlərə türkmanların torpaqlarını qəsb edərək
binalar inşa etməsinə imkan yaradırsınız”, - deyə türkmanlar valiyə
etirazlarında bildiriblər.
İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad
Salihi də məsələyə münasibət bildirib: “Evlərin sökülməsi ilə bağlı
sənəd hər kəsə tətbiq olunmalıdır. İraq konstitusiyasında hər kəsin
mülk sahibi olmaq haqqı tanınır. Bu gün Kərkük valisi türkmanların
sənədli evlərinin “qanunsuz inşa olunduğunu” iddia edir. Necmettdin
Kerim, sənin səlahiyyətin daha çox olsaydı, nə edərdin? Yəqin
türkman millətinin dilini kəsərdin”.
E. Salihi türkmanlara səslənərək hər şeyə rəğmən, evlərini müdafiə
etməyə çağırıb.
“Ey türkman milləti, evlərini sökən ekskavatorların önünə çıxın,
daşlayın, lazım olarsa, həbsə düşün, hətta ölün, amma haqqınızı
qoruyun. Mən yanınızdayam, küçələrə çıxıb etiraz edin. Bu dövlət
dövlət deyil, istədiyini edin, əsas odur ki, özünüzü müdafiə
edəsiniz”, - deyə o bildirib.
Qeyd edək ki, 2003-cü ildə ABŞ -ın İraqa girərkən yaranan
qarışıqlıqdan istifadə edən kürdlər Kərkükə tarixində ən böyük
zərbəni vurdular. Belə ki, həmin vaxt Kərkük Əmlak Qeydiyyatı
İdarəsinin binası kürdlər tərəfindən yandırıldı. Bununla da,
Kərkükdə türkman evlərinin sənədi, həmçinin şəhər əhalisinin
demoqrafik vəziyyəti ilə bağlı bütün arxiv sənədləri məhv
edildi.
Türkiyədə fəaliyyət göstərən Alevi Vakıflar Federasyonu (AKF)
başqanı Doğan Bermek 2013-cü ildə Publika.az-a
müsahibəsində bu barədə bildirmişdi: “Bununla Kərkükün
türkmanlardan alınaraq kürdlərə verilməsi prosesi başladıldı. Çünki
Qərb Kərkükdə Kürdüstan dövlətini qurmaq istəyir”.
Bir sıra ekspertlərə görə, İraq müharibəsində əsas məqsədlərdən
biri də Səddamı devirməklə bu bölgədə kürd dövlətinin yaranması
üçün yeni imkanlar yaratmaq olub.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu