Əli Əhmədov eks-prezidentlə görüşdü - FOTOLAR
Bizi izləyin

Nida.az

Əli Əhmədov eks-prezidentlə görüşdü - FOTOLAR

Əli Əhmədov eks-prezidentlə görüşdü - FOTOLAR

Ölkəmizdə səfərdə olan Seyşel adaları Respublikasının keçmiş prezidenti Richard Mancham bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-partiyanın icra katibi, baş nazirin müavini Əli Əhmədovla görüşüb.

Publika.Az-ın məlumatına görə, YAP-ın Mərkəzi Qərargahında təşkil olunan görüşdə YAP-ın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev də iştirak edib.

Görüş zamanı qonağı salamlayan Ə.Əhmədov Azərbaycan haqqında ətraflı məlumat verib. Baş nazirin müavini Ə.Əhmədov deyib: “Siz Azərbaycana artıq 2-ci dəfədir səfər edirsiniz. İnanıram ki, bu səfər Azərbaycanı tanımaq üçün sizə yeni imkanlar yaradacaq. Siz təkcə təmsil olunduğunuz ölkədə deyil, həm də dünyada tanınan ictimai xadimlərdənsiniz. Sizin Azərbaycana olan xoş dostluq münasibətinizi yüksək qiymətləndiririk.

Sizin ilk səfəriniz ötən ilin oktyabrında olub. Bu səfər zamanı siz Azərbaycanda keçirilən prezident seçkilərini beynəlxalq müşahidəçi kimi izləmisiniz. Bu seçkilərin nəticələri ilə bağlı obyektiv və müsbət rəy verdiyiniz üçün təşəkkür edirəm. Biz sizi Azərbaycanın dostu hesab edirik.

Bildiyim qədər siz hələ gənc yaşlarından ölkənizin baş naziri olmusunuz, müstəqillik qazandıqdan sonra isə həmin dövlətin ilk prezidenti seçilmisiniz, siyasi proseslərdə iştirak etmişin. Eyni zamanda çox şadam ki, bu yaxınlarda sizin rəhbəri olduğunuz jurnalda prezident İlham Əliyev “İlin adamı” seçilib. Buna görə sizə təşəkkür edirəm”.

Richard Mancham Azərbaycanda səfərdə olduğundan məmnun olduğunu bildirib. Azərbaycanda böyük inkişafı müşahidə etdiyini söyləyən sabiq prezident Azərbaycana böyük maraq göstərdiyini vurğulayıb: “Çox təəssüf ki, Qərbdə bir çox adamlar Azərbaycan haqqında kifayət qədər məlumata malik deyil. Mən əlimdən gələni edəcəm və Azərbaycan və onun inkişafı haqqında məlumat verəcəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm