Nida.az
Prezident 5 nömrəli Bakı Peşə Liseyində - FOTOLAR
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə Liseyində həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edildi ki, bu təhsil ocağı 1971-ci ildə respublikada radio-elektronika sənayesi üçün fəhlə kadrlarının hazırlanması məqsədilə Bakı radio zavodunun nəzdində açılıb. Peşə məktəbi 1985-ci ildə 960 yerlik bu kompleksə köçürülüb. 1996-cı ildə isə məktəbə 5 nömrəli Bakı Peşə Liseyi statusu verilib. Liseydə 2013-cü ildən yenidənqurma işləri başlayıb və yeni emalatxanalar yaradılıb. Bu il isə təhsil ocağının üçmərtəbəli tədris korpusunda təmir işlərinə başlanılıb və yüksək səviyyədə həyata keçirilib.
Dövlətimizin başçısı liseydə yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, liseydə 41 kabinet yaradılıb. Bunlardan 7-si fənn kabineti, 3-ü laboratoriya, 23-ü isə ümumtəhsil fənn kabinetidir. Təhsil ocağında 8 tədris emalatxanası var.
Qeyd olundu ki, lisey 2013-cü ildən ilk peşə ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn, dövlət-biznes tərəfdaşlığına əsaslanan “Müasir Azərbaycan peşəkarları” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müxtəlif peşələr üzrə yüksək maddi-texniki bazaya malik tədris otaqları yaradılıb. Liseydə turizm sektoruna aid ixtisasların hazırlanmasına da böyük əhəmiyyət verilir. Bunun nəticəsidir ki, bu il ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının iştirakçılarına xidmət göstərmək üçün müxtəlif peşələr üzrə 200 nəfərdən artıq kadr hazırlanıb.
Beş nömrəli Bakı Peşə Liseyində istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun emalatxanalar yaradılıb və lazımı avadanlıqla təchiz olunub. Təhsil ocağının geniş akt zalında isə həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür.
Məktəbin idman zalı da müasir səviyyədədir. Liseydə bu ildən yeni fizika və kimya laboratoriyaları və kitabxana yaradılıb.
2015-2016-cı tədris ilində bir neçə dövlət qurumu və özəl təşkilatın sifarişi əsasında liseydə kadr hazırlığı nəzərdə tutulub.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan