Oqtay Əsədov: “Azərbaycan “Şərq Tərəfdaşlığı”na yenidən baxmalıdır”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Azərbaycan “Şərq Tərəfdaşlığı”na yenidən baxmalıdır”

“Sentyabrın 10-da qəbul etdiyi qətnamə ilə Avropa Parlamenti bütün çərçivələri keçib, Azərbaycan siyasi hakimiyyətinə şər atıb”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Spiker bəyan edib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəzli mövqeyi zaman-zaman müşahidə olunur: “Avropa Parlamentini vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla canlı müşahidə etdik. Gördük ki, parlamentin nə qədər deputatı Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Adətən, belə məsələlərdə 40-50, 60 deputat iştirak edir. Ancaq bu dəfə Azərbaycanın məsələsini “təxirəsalınmaz” adı altında müzakirəyə çıxarıblar. Çox az halda olub ki, Avropa Parlamentində 635 deputat iştirak etsin.

Bu dəfə o qədər deputat iştirak edib. Avropa Parlamentinin xarici əlaqələr komitəsini sədri çıxışında dedi ki, əvvəlcə komitədə məsəlni üzakirə etməliyik, əks təqdirdə, Azərbaycanı itirə bilərik. Lakin bunun ardınca Azərbaycanın “dostları” söz alıb. Sonra öyrəndik ki, bu 2 deputat sentyabr ayında Dağlıq Qarabağda olublar və separatçı Bako Saakyanla görüşüblər. Elə bu, onu göstərir ki, deputatlar Saakyandan təlimat alıblar”.

O.Əsədov Avropa qurumları ilə əməkdaşlıq məsələsinə yenidən baxılmasının vacibliyini vurğulayıb: “Azərbaycanın Nazirlər Kabineti Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı məsələsinə yenidən nəzər salmalıdır. Biz bu təşkilatla bağlı qərar verməliyik. Bu təşkilat bizə nə verib? Azərbaycan heç zaman başqa ölkələrin qoltuğu altında olmayacaq, kiminsə diktəsi ilə hərəkət etməyəcək, hər zaman müstəqil siyasətini davam etdirəcək. Bu gün Azərbaycanda xalqla iqtidar arasında güclü və ayrılmaz birlik var. Heç bir qüvvə bu birliyi poza bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm