Moskva iki səbəbə görə Qarabağı qaytarır – Rusiyadan şok açıqlama
Bizi izləyin

Nida.az

Moskva iki səbəbə görə Qarabağı qaytarır – Rusiyadan şok açıqlama

“İki əhəmiyyətli məsələ Rusiyanın Qarabağ münaqişəsini həll etməyə sövq edir. Birincisi, Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlamasına imkan verməməkdir. Çünki xarici təhrikçilər Rusiya sərhədləri yaxınlığında “qaynar nöqtə”nin olmasına çalışa bilərlər. İkincisi isə, Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqazda təsir güclərini artırmasının qarşısını almaqdır. Hazırda Qərb Moldova və Ukraynada Rusiyanın təsirini daraldır, növbə Qafqaza çatacaq”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Vitali Arkov deyib.


Onun sözlərinə görə, Rusiya bütün vasitələrlə Cənubi Qafqazı təsir zonasında saxlayacaq: “Buna görə də əgər münaqişə tərəfləri razılığa gələ bilmirsə, məhz Rusiya ilk addımı atmalıdır. Fikrimcə, Rusiya ekstremal hallarda Türkiyə və İranla birləşərək münaqişəni həll edə bilər. Çünki bu iki dövlət də regionun nüfuzlu qonşularıdır”.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm