Fəzail Ağamalı imzatoplama kampaniyasına başladı
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı imzatoplama kampaniyasına başladı

60 saylı Salyan-Neftçala seçki dairəsindən növbəti dəfə deputatlığa namizədliyini irəli sürən Fəzail Ağamalı seçkilərdə iştirak etmək üçün tələb olunan imza vərəqələrini əldə edib.

Partiyadan Publika.az-a verilən məlumata görə, hazırda Ana Vətən Partiyasının (AVP) sədri olan deputat F.Ağamalı təmsil olunduğu 60 saylı Salyan-Neftçala seçki dairəsi ərazisindədir.

Bu gündən etibarən F.Ağamalı imzatoplama kampaniyasına başlayıb.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd irəli sürməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm