Vacib danışıqlar başlayır: Pentaqon rəhbərinin köməkçisinin müavini Bakıdadır
Bizi izləyin

Nida.az

Vacib danışıqlar başlayır: Pentaqon rəhbərinin köməkçisinin müavini Bakıdadır

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfəri başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.

Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

Azərbaycan dövlət rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzakirə olunacaq.

(apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm