AŞPA seçki missiyasını Bakıya göndərir
Bizi izləyin

Nida.az

AŞPA seçki missiyasını Bakıya göndərir

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təbliğat kampaniyası Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti tərəfindən qiymətləndiriləcək.

Publika.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun nümayəndə heyəti bu məqsədlə sentyabrın 21-22-də Azərbaycanda səfərdə olacaq.

Nümayəndə heyəti Milli Məclisin spikeri, parlamentdə təmsil olunan qrup və partiyaların və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının liderləri ilə görüşəcək. Həmçinin QHT və KİV nümayəndələri ilə danışıqlar planlaşdırılıb. Sonda missiya yazılı bəyanatla çıxış edəcək.

Nümayəndə heyətinə Xordi Xuqla (İspaniya), Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Barış (Türkiyə) və AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Aqustin Konde rəhbərlik edəcəklər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm