"Sən mənsub olduğun ailənin..." - Partiya sədri yazıçı haqda danışdı
Bizi izləyin

Nida.az

"Sən mənsub olduğun ailənin..." - Partiya sədri yazıçı haqda danışdı

"Sən mənsub olduğun ailənin..." - Partiya sədri yazıçı haqda danışdı

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Mustyevin "Lider" telekanalındakı çıxışını təqdim edirik.

-Əkrəm Əylisli...! Bu ad artıq bizlərə yaxın keçmişdənfərqli olaraq yazıçı, nasir, eks-millət vəkili deyə bir xatırlatmanı ifadə etmir. O sanki etallona çevrilib: Dözümsüzlüyün və satqınlığın etallonuna. Hətta inandırım sizi, bu gün real həyatda ənböyük şərəfsizlərin və qələt sahiblərinin üzərində aparılan mükalimələrdə belə eyni adı eşitmək olar: Misal üçün,“Əkrəm ondan daha artığını eləmişdi” Ya da” Bu Əkrəmin atasına rəhmət oxutdurdu”- deyə müqayisələrlə...

Amma bütün hallarda qocalıq psixozundanmı yoxsa məhşurluq hərisliyindənmi - bilmirəm, Əylisli “Daş yuxular”ı yazdı. Həm də olub-keçən bütün Azərbaycan həqiqətlərini unudaraq, özü belə daş yuxusuna dalıb yazdı. Və nəhayət, bir millətin tarixini bu qədər ədəbi vəhşiliklə təhrif etdiyində həmin millətin söz daşqalağına uğrayacağını təxmin belə etmədən yazdı...

Əylisli həmin bədnam əsəri ərsəyə gətirdiyində həm də “Ziyalılar forumu”nun üzvü idi. Yəni ən azından öz aləmində Azərbaycan ziyalısını təmsil edirdi. Fəqət erməni ilə dostluğundan qürur duyduğunu utanmadan söyləyən və onların şərəfinə badə qaldıran İbrahimbəyovla bərabər təmsil edirdi.Və yəqin çoxları xatırlayar, o zaman vətəndaş cəmiyyətinin demək olar bütün üzvləri, eyni zamanda siyasilər, qeyri- siyasilər, hakimiyyətdəkilər, hətta bəzi müxalifilər belə məsələyə öz kəskin münasibətini bildirmişdi. Yalnızca “Ziyalılar forumu”nun üzvlərindən başqa. Daha doğrusu bir hərf səhvi və əksiyi iləyaranan, yəni “ziyanlı” adlandırılacağı yerdə “ziyalı” adlandırılan forumun üzvlərindən başqa...

“Daş yuxular” bütünlükdə erməni tərifnaməsidir. Və həmin əsərin iyrənc qoxan abzasları,cümlələri qalsın bir yana, hətta hərflərindən belə Nobel işartısı və dissident obrazı boylanırdı. Ta əvvəldən. Oxucuya təqdim olunduğu gündən. Hansı ki, bunu zamanında söyləmişdik. Və buyurun:artıq Əylisli öz hədəflərinə doğru dırnaq içində də olsa inamlı addımlarla irəliləməkdədir. Hətta onu bir müddət keçəndən sonra Nobel namizədlərinin sırasında belə görə bilərik. Eynən təxmin etdiyimiz kimi...

13 nəfərdən ibarət heyət artıq haqqında danışdığım namizədliklə bağlı müraciət hazırlayıb. Və hətta həmin müraciəti Norveç Nobel Komitəsinə təqdim belə edib. Əsaslandırma devizi isə budur: “Azərbaycan və Ermənistan arasındakı düşmənçiliyin aradan qaldırılmasında göstərdiyi mərdliyə görə..”. Hər hansı bir çabaya, əməli fəaliyyətə, hətta lap fədakarlığa görə də yox, məhz mərdliyə görə... Bu yerdə isə artıq əlavə şərh vermədən yalnız bir cümləlik haşıyə çıxmaq məcburiyyətindəyəm: “Bir gün vətən satmağın mərdlik kimi tövsif olunacağını yəqin ki yalnız Əkrəmtək ədəbiyyat tülküləri hesablaya bilərdi. Ki, zamanı çatanda bu əsrarəngiz oyunun kombinasiyalarını çox mükəmməl bir formada qura bilsin. Və adamın üstündə Allah var, elə qurdu da...

Mövzu ilə bağlı diqqət cəlb edən digər önəmli məqam isə Əkrəm bəyin dünən öz namizədliyi haqqında verdiyi açıqlama idi. Həmin açıqlamadan bir neçə çıxarışı sizlərin də diqqətinə çatdırmaq istəyirəm: Əylisli deyir ki, hakim ideologiya mənim “Daş Yuxular” əsərimə qarışmasaydı, daha yaxşı olardı. Çünki ədəbiyyat ideologiya deyil, metaforadır. Sırf söz sənətidir.

Demək ki, bu adam hələ ideologiya anlayışının belə nə olduğunun fərqində deyil. Və ya onun fikrincə, ideologiya deyilən zad ayaq tutub yeriyir, təbliğat aparır, hətta lazım olanda ayrı-seçkilik mövzularına belə rahatca müdaxilə eləyir. Yox əgər bu qatma-qarışıq açıqlamada söhbət hakimiyyət nümayəndələrindən gedibsə, o zaman Əkrəm bəy, sənin bilmən gərəkən çox ciddi nüanslar daha var:

Əvvəla, hakimiyyəti xalq formalaşdırır. Və onun ideologiyası da həmin hakimiyyətin ən azından böyük bir qisminin timsalı deməkdir.İkincisi, sənin “Daş yuxu”larını qınayan bir tək hakimiyyət nümayəndələri olmayıb. Özünü dərk eliyən və Azərbaycan mənsubiyyətindən sayan hər bir insan olub. Bir tək Günel Mövlud sayağı özünə bənzəyən təkəm-seyrəklərdən savayı...

Sən mənsub olduğun ailənin, qohumlalrının, dostlarının yazarı olmamısan, Əkrəm bəy! Xalqın yazarı olmusan. Həm də rəsmən. Amma bir Nobel mükafatı üçün həmin yazarlığını da, yazdıqlarını da, bundan sonra yazacaqlarını da anındaca öz mundar xislətinin təpik altısı eləməyi bacarmısan! Yenə də kimsənin ağıl və xəyal belə edə bilmədiyi məqamda.. .Erməniyə yazıq demisən, günahsız demisən, fağır demisən, təcavüzə məruz qalan demisən. O zaman sual edirəm sənə: 1 milyon qaçqın göydən yerə zənbilləmi düşüb? Yoxsa Qarabağı sənmi işğal eləmisən? Xocalıda yenicə dil açıb, ayaq tutub yeriyən körpələri diri-diri sənmi yandırmışan, ya da isməti ölümündən üstün olan Azərbaycan qadınlarını sıraya düzüb sənmi zorlamısan? Hə, Əkrəm bəy?! Bütün bu söylədiklərim bir “Nobel”ə dəyərdimi?

Deyirsən hər kəsə özümdə olan səmimiyyəti arzulayıram..Oysa, çox maraqlıdır: Vətən xaini, millət satqını, ədəbiyyat fahişəsi olmaq nə vaxtdan səmimiyyət olub, bəlkə deyəsən biz də bilək?

Səni bundan sonra hər hansı bir qurum, təşkilat, təsisat öz sıralarına qəbul edə bilər. Amma inan ki, öldüyündə bu torpaq qəbul etməyəcək. Bilirsənmi niyə? Çünki, o torpaqlarda həm də haqqına girdiyin insanların ruhu və cismi dolaşır!Və son olaraq belə bir ifadə işlətmisən ki “mən ədəbiyyata ata-ana qucağından gəlməmişəm”. O zaman icazənlə elə mən də sənə son xatırlatmamı edim:“Detdom”da böyüyən uşaqların atası-anası olmadığı kimi qucaqdan qucağa oturanların da qucaq ünvanı olmur, Əkrəm bəy!

Ələlxüsus da son oturduğun qucağın özü belə bir başqa qucaqda oturubsa...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm