Elmar Məmmədyraov Amerika yəhudilərinin başçısı ilə görüşdü
Bizi izləyin

Nida.az

Elmar Məmmədyraov Amerika yəhudilərinin başçısı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Publika.az-ın məlumatına görə, görüşdə Amerika Yəhudi Komitəsinin Azərbaycana səfərlərinin və ölkəmizlə yaxından tanışlığının, beynəlxalq tədbirlər çərçivəsində bu kimi görüşlərin və aparılan fikir mübadilələrinin təqdirəlayiq təcrübə olduğu qeyd edilib.

Azərbaycan haqqında həqiqətləri geniş ictimai dairələrə təqdim etməklə Amerika Yəhudi Komitəsinin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları və İsrail ilə ikitərəfli əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib. David Harris Komitənin bu ilin yazında Azərbaycana məhsuldar səfərini xatırladaraq, gələn il də ölkəmizə belə bir səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin nümunəvi xarakter daşıdığı vurğulanıb. Elmar Məmmədyarov Komitənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olacağımızı diqqətə çatdırıb. Görüşdə həmçinin, Amerika Yəhudi Komitəsinin nümayəndələrinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir. Daha sonra bir sira qarşılıqlı maraq doğuran məsələlər ətrafında ümumi fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm