Nida.az
Suriya Türkman Məclisinin sədri: “Türkmanlar Liviyaya qaçmaq istəyirlər” – ÖZƏL
“Rusiya hava hücumlarında Suriya türkmanları hədəfə
alıb”.
Bu barədə Publika.az-a açıqlamasında Suriya
Türkman Məclisinin lideri Əbdürrəhman Mustafa deyib.
Onun sözlərinə görə, hazırda bölgədəki vəziyyət yaxşı deyil:
“Rusiya İŞİD-ə qarşı əməliyyat keçirdiyini deyir, lakin onun hədəf
aldığı bölgələr minlərlə türkmanın yaşadığı və Türkiyənin
dəstəklədiyi Azad Suriya Ordusunun idarəçiliyində olan ərazilərdir.
Hücumlarda Türkmandağına sığınan Bayırbucak türkmanları və 9 mindən
çox türkmanın yaşadığı Hamanın cənubu, Humusun şimalında yerləşən
Telbise, Kanto və Zəfarə vilayətləri hədəf oldu. Bu bölgələrdə İŞİD
zülmündən qaçan türkmanlar yerləşib. Hücumlardan sonra çoxlu sayda
sivil vətəndaşın həyatını itirdiyi xəbərləri gəlir”.
Ə. Mustafa Rusiya qırıcılarının hücumunda sonra türkmanların
bölgəni tərk etmək istədiklərini, Liviyaya getmək qərarına
gəldiklərini deyib. Bildirib ki, türkmanların xilası üçün nəsə
edilməlidir: “Rusiyanın hava hücumlarından ciddi şəkildə narahat
oluruq. İndiyə qədər türkmanlar bir neçə dəfə hədəfə alınıb. Gah
PYD (PKK-nın Suriya qolu - red), gah İŞİD tərəfindən hücuma məruz
qalıblar. İndi isə türkmanları hədəfə alan Rusiyadır”.
Suriya türkmanlarının lideri bölgədə çox qarışıq vəziyyətin
olduğunu, türkmanların yaşamaq üçün mübarizə apardıqlarını
bildirib. Qeyd edib ki, İŞİD zülmü nəticəsində öz doğma yurdlarını
tərk edən türkmanları indi də Rusiya didərgin salır.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu