Nida.az
Taleh Şahsuvarlı istefa verdi
16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan jurnalist, sosioloq Taleh Şahsuvarlı “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru vəzifəsindən istefa verib. O həmin qəzetdə “Gündəlik Teleqraf” MMC yarandığı gündən bəri çalışırdı. Faktı “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı da təsdiqləyib.
İstefası ilə bağlı açıqlama verən T.Şahsuvarlı bildirib ki, o, bu addımı Seçki Məcəlləsinin tələblərinə uyğun atıb: “Səsvermənin nəticələrindən asılı olmayaraq, 1 noyabrdan sonra “Gündəlik Teleqraf” qəzetində öz fəaliyyətimi davam etdirəcəm”.
Deputatlığı qeydə alınmış namizəd diqqətini təbliğat-təşviqat işlərinə yönəldəcək.
Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycanda müstəqil tələbə qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru olub. Azərbaycanın tanınmış siyasi analitikidir. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın və bir sıra digər kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı