Nida.az
Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir – FOTOLAR
Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Xələc inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib.
Publika.az-ın məlumatına görə, yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşün əvvəlində namizədin səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov Fəzail Ağamalının son beş ildə millət vəkili kimi gördüyü işlərlə bağlı seçicilərə hesabat xarakterli ətraflı məlumat verdi.
Bildirildi ki, son beş il ərzində Fəzail Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib. Kənd ağsaqqallarından Salyan Ağsaqqallar Şurasının sədr müavini Hacı Oqtay Məmmədov, kənd ziyalısı Əliqardaş Bayramov, təqaüdçü Balabəy Əliyev və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırdılar.
Görüşdən sonra Fəzail Ağamalı Qarabağ müharibəsinin iştirakçısı Raman Məmmədovun dəvətilə onun ev şəraiti ilə tanış oldu. F.Ağamalı müharibə veteranını əmin etdi ki, seçkilərdən sonra tikilməkdə olan yarımçıq qalmış evin başa çatdırılması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracaq və lazımi köməklik göstərilməsi üçün konkret addımlar atılacaq.
Görüşdə Fəzail Ağamalının vəkilləri – Qulu Novruzov, Xidmət Orucov və Yavər Hüseynov iştirak ediblər.
Vasif Həsənli - Salyan
Fotolar müəllifə məxsusdur
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu