Nida.az
Qarabağa sürgün planı: Suriya erməniləri Azərbaycan torpağında
Suriyada müharibə genişləndikcə bu ölkədəki ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi problemi aktual olaraq qalır.
Publika.az xəbər verir ki, BMT-nin qaçqınlarla iş
üzrə agentliyinin hesabatında Suriyada 3238 erməninin rəsmi qaçqın
olduğu, 12450 erməninin isə qaçqın vəziyyətinə yaxın olduğu
deyilir. Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş
məclisində çıxışı zamanı son illər ərzində Suriyadan 16 min qaçqın
qəbul etdiyini deyib.
Britaniyanın “Open Democracy” saytı yazır ki, Ermənistana gələn
Suriya erməniləri ya bu ölkənin vətəndaşlığını almaq, ya da 10
illik yaşamaq icazəsi əldə etməyə çalışırlar. Məlumatlara görə,
Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə etnik
ermənilərin sayı 80-100 minə qədər idi. Münaqişə başlayandan sonra
onlar ölkəni tərk etməyə başladılar. Lakin hamısı Ermənistana üz
tutmadı. Hazırda təxminən 15 min erməni Livanda, 2 min erməni
İordaniyada, 8 mini Qərbi Avropa və ABŞ-dadır. Suriyadan qaçan
erməni Arok Ekmanyan deyir ki, qaçqınların Ermənistana getmək
istəməməsinin iki səbəbi var. Yolun uzaqlığı və bu ölkədə həyat
səviyyəsinin aşağı olması. Belə ki, Suriyadan Ermənistana ən yaxın
yol Türkiyədədir. Lakin Türkiyə ilə Ermənistan sərhədləri bağlı
olduğu üçün onlar Gürcüstana gedərək oradan sərhədi keçə bilərlər.
Bunun üçün çox pul lazımdır. Ona görə də kimdə pul varsa, aviabilet
alaraq Livana gedir, oradan İrəvana uçur. Lakin Livana gedən əksər
Suriya ermənisi bu ölkədə qalmağı seçirlər. Çünki Suriyada varlı
həyata öyrəşmiş bu insanlar üçün yoxsul Ermənistanda çox çətin
olur.
Ermənistanda iqtisadi problemlərə diqqət çəkən sayt yazır ki,
ölkədə işsizliyin səviyyəsi çox yüksəkdir, yüz minlərlə erməni
problemlərdən yaxa qurtarmaq üçün miqrasiya edir. Çoxları da
Rusiyada iş axtarırlar. Rusiyanın böhran yaşayan iqtisadiyyatı
gələn erməniləri yedizdirməkdə çətinlik çəkir.
Sayt Ermənistan hökumətinin Suriya qaçqınları üçün hazırladığı planı ifşa edir. Hökumət “Yeni Hələb” layihəsi hazırlamışdı. Plana görə, Suriya erməniləri üçün İrəvanın yaxınlığında yaşayış massivi tikiləcəkdi. Bununla həm qaçqınların mənzil problemi həll edilməliydi, həm də gəlmələrin öz ab-havasının saxlaması üçün kompakt yaşayış şərtləri tanınmalıydı.
Lakin sonradan aydın oldu ki, hökumətin bu planı həyata keçirməyə vəsaiti yoxdur. Beləliklə, plan faktiki olaraq biznes layihəsinə çevrildi. Məlum oldu ki, bu massivdəki mənzillər yalnız pulu olan qaçqınlara satılacaq. Hansı ki, bu qiymətə İrəvanda mənzil almaq mümkündür.
Sayt Suriya ermənilərinə istinadən qeyd edir ki, İrəvan hökuməti
qaçqınların qarşısında şərt qoyur: Yaşamaq hüququ qarşılığında
Dağlıq Qarabağa köçmək.
“Hələb” xeyriyyə təşkilatının nümayəndəsi Sarkis Balaxyan deyir ki, Suriya ermənilərini Qarabağa köçürmək ağılsızlıqdır: “Onlar böyük şəhərlərdə yaşamış, səs-küylü həyata öyrəşmiş insanlardır”.
Ermənistanda hökumətyönlü KİV Suriya qaçqınlarının Qarabağa köçməsi
üçün “vətənpərvərlik” məqalələri yazır və bir növ onlara təzyiq
edirlər.
“Hökumətin Suriya ermənilərini Qarabağa köçürmək üçün hazırladığı
“böyük plan” sürgündən heç nə ilə fərqlənmir”, - deyə qaçqınlardan
biri deyir.
Saytın bir çox mənbələrdə apardığı araşdırmaya görə, hökumət Suriya
ermənilərini iki səbəbə görə Qarabağa köçürmək istəyir: Birincisi,
tanınmamış “DQR”-də əhali olduqca azdır, olanlar da ilk fürsətdə
oranı tərk edir. İkincisi isə, Suriyadan gələn qaçqınların şəhər
həyatında yaşayışını təmin etməyə hökumətin pulu yoxdur. Buna görə
də onları daha çox kənd təsərrüfatı ilə məşğul olması üçün bu
ərazilərə göndərmək istəyir.
Xatırladaq ki, bu ilin aprel ayında “BBC”-nin Azərbaycanın işğal
olunmuş ərazilərindən hazırladığı reportajda da Suriya
ermənilərinin bu bölgədə məskunlaşdığı faktı bir daha təsdiq
edilib.
Reportajda qeyd olunurdu ki, Ermənistan hökuməti qaçqınların
bəzisinə vətəndaşlıq statusu verib. Bu statusu ala bilməyən
qaçqınların çoxu isə Dağlıq Qarabağa yerləşdirilib.
Asif Nərimanlı
-
Dünya10:44
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
-
Sosial10:25
Şəhid ailələri ilə bağlı daha bir QƏRAR
-
Sosial09:54
Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
-
MDB09:12
Rusiya paytaxtı vurdu: qurbanlar var
-
Magazin108:12
Xalq artistinin cavanlıq sirri
-
Səhiyyə08:00
Xərçənglə bağlı DƏHŞƏTLİ FAKTLAR
-
Gözəllik07:47
Qırışlara qarşı 8 əsas məhsul - Dəri gəncliyinin SİRRİ AÇILDI
-
Sosial07:17
Bu gün qar yağacaq - PROQNOZ