MDB
Sənədlər de-şifrə oldu: Rusiya 10 gün ərzində bu ölkəyə müdaxilə edəcək
Rusiya bu ayın sonunda Moldovada keçiriləcək seçkilərə müdaxilə planı hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Rusiyanın müdaxilə planı ilə bağlı müəyyən sənədlərlə tanış olan nəşr yazır ki, Moskvanın hədəfi Moldovanın Avropa İttifaqına inteqrasiya siyasətini pozmaqdır.
Bu, Kreml tərəfindən təsdiq edilmiş çoxqatlı strategiyadır. Prezident Maia Sandunun Fəaliyyət və Həmrəylik (PAS) partiyasının 28 sentyabr seçkilərində şanslarını sarsıtmaq və son nəticədə hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırırlar. Rusiyanın planının əsas aspektlərindən biri seçkidə rəqabət təəssüratı yaratmaq olsa da, əslində bu, Sanduya dəstəyi zəifləmətə yönəlib.
Sənədlərdə Kremlin taktikası bir neçə istiqamətdə qiymətləndirilir:
- Moldovalıları xaricdə - Rusiyada, Avropada və digər ölkələrdəki seçki məntəqələrinə gedərək, səs verməyə sövq etmək;
- İnsanları dağıdıcı etiraz aksiyalarına cəlb etmək;
- Sosial mediada genişmiqyaslı dezinformasiya kampaniyası aparmaq.
Kremlin planındakı istiqamətlərdən biri də Moldovada dövlət qulluqçularını kompromatlarla seçki prosesini pozmağa məcbur etməkdir. Hətta seçki günü idman klubları və cinayətkar dəstələrin üzvlərinin səsvermə prosesinə “etiraz” adı altında müdaxiləsi də ola bilər. Bu ona hesablanıb ki, Sandunun partiyası seçkidə məğlub olarsa, onun istefası üçün etirazlar keçiriləcək, qalib gələrsə, nəticələrin ləğvi çağırışı ilə aksiyalar olacaq.
Asif
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

