YAP Türkiyədəki seçkilərlə bağlı mövqeyini açıqladı
Bizi izləyin

Nida.az

YAP Türkiyədəki seçkilərlə bağlı mövqeyini açıqladı

YAP Türkiyədəki seçkilərlə bağlı mövqeyini açıqladı

“Martın 30-da Türkiyədə keçiriləcək seçkiləri müşahidə etməklə bağlı YAP-da müvafiq qərar qəbul olunacaq”. Bunu Publika.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Hazırda YAP Gənclər Birliyi nümayəndələrinin Türkiyədə səfərdə olduğunu vurğulayan S.Novruzov YAP-çı gənclərin Türkiyədəki seçki prosesində iştirak etdiyini söyləyib: “Türkiyədə keçirilən seçkilərin gedişatını mütəmadi olaraq biz izləyirik. Martın 30-da Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri öncəsi vəziyyəti də biz müşahidə edirik.

Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasında da qarşılıqlı əməkdaşlıq haqqında müqavilə mövcuddur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm