• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fərhad Məmmədov Eynulla Fətullayevi məhkəməyə verir - Yeniləndi

  • Nida.az
  • 2 Aprel 2014 15:48
  • 711 Baxış
Fərhad Məmmədov Eynulla Fətullayevi məhkəməyə verir - Yeniləndi

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Haqqın.az” saytının bu günkü sayında onun adından yalan açıqlama yazılması ilə bağlı bəyanat yayıb:

SAM-dan Publika.Az-a Fərhad Məmmədovun adından daxil olan bəyanatda deyilir: ““Haqqın.az” saytının 2 aprelə 2014-cü il tarixli buraxılışında guya, mənə istinadən «Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyi layiq deyil» başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılmışdır. Məlumat üçün bildirirəm ki, nə bu gün nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmamış və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə «eksklüziv müsahibə» adlı material isə açıq şantaj və böhtan xarakteri Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram”.

Vasif Həsənli

1514.

Xəbər verdiyimiz kimi, ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Elnur Aslanovun yeni vəzifəyə təyin olunmasına münasibət bildirib. SAM rəhbəri virtualaz.org saytına açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdirinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz edib.

“Nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır. Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur” - deyə F.Məmmədov bildirib.

Qeyd edək ki, F.Məmmədovla E.Aslanov yaxın dost və həmfikirdirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR