Nida.az
Suriyadan köçən ermənilər Dağlıq Qarabağda yerləşdirilir - VİDEO
Suriyanın Kasab şəhərinin Bəşər Əsəd tərəfdarları
tərəfindən ələ keçirilməsindən sonra burada məskunlaşan minlərlə
erməni ailələri buranı tərk etmək məcburiyyətində
qalıb.
Rusiyanın Xarici İşlər Nazirinin müavini Qennadi Qatılov
Birləşmiş Millətlər Təşkilatını təqribən 80-ə yaxın dinc sakinin
ölümü ilə nəticələn həmin hücumu müzakirə etməyə çağırıb.
Döyüşçülərin hücumu nəticəsində Kasab şəhəri demək olar ki,
təmamilə dağıdılıb. İnternetdə bu şəhərdə gedən döyüşləri əks
etdirən videokadrlar yayılıb. Sakinlərə isə bir neçə gün əvvəl ələ
keçirilən qonşu Latakiya şəhərində yerləşməyə imkan verilib.
Şəhər sakinlərinin sözlərinə görə, döyüşçülər Türkiyədən gəlmişdi.
Amma rəsmi Ankara bu məlumatı təkzib edib. Bundan əlavə informasiya
resurslarında dolaşan məlumatlara görə, Suriyadan çıxan erməni
ailələri Azərbaycanın işğal edilmiş ərazilərinə köçürlər. Daha
dəqiq desək, iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verildiyi
barədə məlumat yayılıb. Tikinti işini aparan təşkilatın sədri belə
tikintilərin davam etdiriləcəyini bildirib.
Suriyada vətəndaş müharibəsi başlayandan bu günə kimi, ermənilərin
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi
genişlənib. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana
yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə isə ,
Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR