Nida.az
“Qarabağ planı”nda yeni oyunçu: “Qoca qurd” Xankəndiyə niyə gəldi?
Erməni Milli Komitəsinin sədri Levon Ter-Petrosyanın dünən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna gələrək, qondarma rejimin “prezidenti” Bako Saakyanla görüşü son dövrlər haqqında çox danışılan məşhur “Lavrov planı” və Serj Sarkisyanın Xankəndində Qarabağla bağlı qalmaqallı toplantısı fonunda diqqətdən yayınmadı.
“Dördgünlük müharibə”nin gətirdiyi diplomatik həll variantları
və baş verənlərin xronologiyası arxasında ehtimallar
buraxır.
Ermənistanın 24 il sonra açıq məğlubiyyəti ilə nəticələnən aprel
döyüşlərindən dərhal sonra Rusiya diplomatiyası regionda
aktivləşdi. Putinin baş diplomatı Sergey Lavrov və hökumət sədri
Dmitri Medvedevin İrəvan-Bakı istiqamətində intensiv səfərləri
başlandı. “Lavrov planı” adlandırılan rusların həll təklifinə görə;
işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı
5-i qaytarılır, Laçın dəhlizi müvəqqəti olaraq saxlanılır, Dağlıq
Qarabağın statusu üzərində danışıqlar aparılır, bölgədə beynəlxalq
sülhməramlıların yerləşdirilməsi məsələsi müzakirə olunur.
(http://publika.az/p/131626).
Rusiyanın İrəvana göndərdiyi bu təkliflər öncə normal
qarşılandı, hətta xarici işlər naziri Nalbandyan “6 rayonu
qaytarılması ilə bağlı müzakirələr aparılır” deyə açıqlama
verdi.
“Dördgünlük müharibə”dən dərhal sonra Ermənistan daxilində
maraqlı hadisə baş verdi. Belə ki, Serj Sarkisyan əzəli rəqibi olan
Levon Ter-Petriosyanla telefon əlaqəsi yaradaraq, Qarabağdakı
vəziyyəti müzakirə etdi. Onun sələfi ilə təması sonrakı günlərdə də
davam etdi. Sarkisyanın bu addımı iki kontekstdən
dəyərləndirilirdi: birincisi, o, vaxtilə münaqişənin
həllinə çalışan və buna görə devrilən Petrosyandan “Lavrov planını”
ilə bağlı məsləhətlər alıb, ikincisi, Sarkisyan ermənilərin
“təslimçi sülh” adlandırdğı bu prosesdə məsuliyyəti təkbaşına
daşımamaq üçün “qoca qurda” üz tutub. Burada aprel
döyüşlərindəki məğlubiyyətdən sonra ciddi ictimai etirazla
qarşılaşan Sarkisyanın Koçaryan klanına qarşı Levonla birlikdə
cəbhə yaratması ehtimalı da görünürdü.
Və ermənilərin məğlubiyyəti ilə nəticələnən qısa müharibədən
dərhal sonra başlanan danışıqlar prosesinə hazırlıq mərhələsi
Sarkisyanın Xankəndində keçirdiyi qapalı toplantıya qədər
ümidverici idi.
“Dördgünlük müharibə”dən 13 gün sonra – aprelin 18-də Sarkisyan
Xankəndində gəldi. İlkin məlumatlara görə, o, məğlubiyyətdən sonra
bölgədəki erməni hərbiçilərinə ürək-dirək vermək və Azərbaycanın
azad etdiyi əraziləri öz gözləri ilə görmək istəyib. Həqiqətən də
onun Lələ Təpəyə qorxa-qorxa baxması fotoobyektlərdən
yayınmadı.
Amma səfərin əsas məqsədi bu deyildi. Aprelin 18-i axşam
saatlarında Xankəndində separatçı rejimin “rəhbərliyi”, həmçinin,
İrəvandan Sarkisyanla birlikdə gələn “Daşnaksütyun” partiyasının
üzvləri və generallardan ibarət qapalı görüş keçirilib. Erməni
mediasının yazdığına görə, qapalı iclasda Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması üçün Rusiyanın irəli sürdüyü plan və bu
plana uyğun olaraq Ermənistanın tərk edəcəyi ərazilər müzakirə
olunub. İclasda bununla bağlı ciddi fikir ayrılığı yaranıb. Sabiq
xarici işlər naziri Georqi Petrosyan ayağa qalxıb və qapını
çırparaq gedib. General Vitali Balasanyan bildirib ki, kimsə bu
razılaşmanı imzalamağa cürət etsə, onu şəxsən özü güllələyəcək.
(http://publika.az/p/133541).
Bu məlumatlar Sarkisyanın iki od – Rusiya və daxildəki
millətçilər arasında qaldığını göstərdi. Məhz həmin görüşdən sonra
erməni ictimaiyyətində anti-Rusiya etirazları başladı. Nəhayət,
Lavrov yenidən – aprelin 21-i İrəvana səfər etdi. İki gün davam
edən səfərdə bağlı qapılar arxasında məhz Qarabağın müzakirə
edildiyi şübhəsiz idi. Rus diplomatın İrəvan səfərindən bir gün
sonra – aprelin 23-ü Sarkisyanın “Bloombergə” müsahibəsində
danışıqlardan imtina etdiklərini açıqlaması və
“təhlükəsizlik zəmanətləri olmadan Azərbaycanla sülh
danışıqlarına başlamaq ağılsızlıqdır” deməsi, ardınca
hücumlara başlayaraq, cəbhə boyu yaşayış məntəqələrində mülki
əhalini hədəfə alması iki versiyanı gündəmə gətirdi.
1. Lavrov “sülhməramlı” punktunu qəbul etməyən Bakıya təzyiq üçün ermənilərə “vur” əmrini verib. (http://publika.az/p/133829).
2. Rusiyanın “5 rayonu qaytar” tələbinə boyun
əymək istəməyən İrəvan rejimi mülki əhalini hədəfə alaraq, ABŞ-ın
diqqətini regiona cəlb etmək və okeanın o tayında irəli sürülən
“Atəşkəsə nəzarət mexanizmi” ideyasını gerçəkləşdirmək. Sarkisyanın
danışıqlardan imtina etdikdən sonra üç şərt irəli sürməsi və bu
şərtlərdən birinin “insidentlərin araşdırımasına dair
mexanizmlərin tətbiq edilməsi” olması da bu ehtimalı ön plana
çıxarırdı. (http://www.publika.az/p/134493).
Bu siyasi proseslər fonunda Petrosyanın Xankəndinə səfər
edərək, separatçı “prezidentlə” görüşü “Rusiyanın təklif etdiyi
həll planının Levon vasitəsilə qəbul etdirilməsi” və “Sarkisyana
dəstək” ehtimallarını ön plana çıxardı.
Levonun Rusiyanın həll təklifini öz çantasında
daşıyaraq, bunu daxili abı-havaya qəbul etdirmək ehtimalı onun
siyasi həyatında bəzi çalarlar baxımından mümkün
görünür.
Petrosyanın Qarabağın işğalında ən aktiv rol alan
daşnaklara “siz bizim gələcəyimizi məhv edirsiniz” sözləri
məşhurdur. O, Qarabağın işğalı dövründə ölkəyə rəhbərlik etsə də,
sonra bu münaqişənin ölkəsinə həqiqətən bəlalar gətirdiyini anladı
və 1998-ci ildə “Mərhələli həll” variantı ilə razılaşdı. Bu
varianta görə, yeddi rayon qaytarılır, qaçqınlar evlərinə dönür və
Dağlıq Qarabağın statusu müzakirə olunur. Petrosyan anlayırdı ki,
münaqişə Ermənistanın blokadaya düşməsinə, nəticə etibarilə indiki
iqtisadi vəziyyətlə üzləşməsinə gətirib çıxaracaq. Məhz buna görə
o, “Azərbaycanla sülh olmasa, Ermənistanın gələcəyi yoxdur” deyə
açıq şəkildə bildirirdi. Onun bu sözləri hakimiyyətini itirmək
bahasına başa gəldi.
“Dördgünlük müharibə” İrəvan rejiminə hərbi və
diplomatik olaraq necə zəif olduqlarını sübut etdi. Bu özlərinin
özlərinə etiraf edə bilmədiyi zəifliyin başqası – Azərbaycan Ordusu
tərəfindən diktə edilməsi idi. Bu məğlubiyyətdən sonra Sarkisyanın
əzəli rəqibi Levonla təmaslar qurması, daha sonra Xankəndində
qalmaqallı toplantının baş verməsi, dünən isə ermənilərin birinci
prezidentinin Qarabağa səfəri belə düşünməyə imkan verir:
Sarkisyanın Rusiya planını “Qarabağ klanına” qəbul etdirə bilmir.
O, hər iki halda, həm Rusiyaya qarşı çıxarsa, həm də Moskvanın həll
planını qəbul edərək, 5 rayonu Azərbaycana qaytararsa,
hakimiyyətinə ciddi təhlükə olacağını yaxşı anlayır. Petrosyan məhz
bu işdə ona yardım əlini uzadır və Rusiya planının ictimai şüurda
qəbulu üçün, yəni onun tarixi yanaşması ilə desək, Ermənistanın
gələcəyinin qarantisi olan “əraziləri tərk etmə” prosesinin
reallaşması üçün birbaşa separatçı “prezidentlə”
görüşür.
Bu işdə hər iki əzəli rəqibin öz maraqları
var.
Sarkisyan: erməni siyasətinin “qoca qurdu” ilə eyni
səfdə olduğunu göstərərək, ona qarşı olan Koçaryan klanına mesaj
verir. Həmçinin, hakimiyyətinin ömrünü uzatmaq məqsədilə Rusiyanın
“güzəşt” tələbinin qismən təmin olunması üçün Petrosyan kartından
yararlanmaq istəyir. Bu, həm də məsuliyyətin təkbaşına daşımaq
təhlükəsini aradan qaldırır. Petrosyanın onunla eyni səfdə olması
“dördgünlük müharibə”dən sonra sürətlə zəifləyən ictimai dəstəyin
bərpa edilməsinə imkan yarada bilər.
Petrosyan: “Qoca qurd” bununla illər sonra özünün
ölkəsinə lazımlı olduğunu göstərir. Bu, siyasətə qayıdış yolunda da
mühüm məsələdir. Doğrudur, Petrosyanın dərhal “əraziləri tərk edin”
çağırışı etməsi gözlənilən deyil. Hər halda 1998-ci ilin acı
təcrübəsinə görə, Levon bunu açıq şəkildə söyləməyəcək. Lakin
prosesin sonunda onun ölkəsini danışıqlar masasına gətirəcəyi
ehtimalı az da olsa var. Hələlik Petrosyan Sarkisyanın düşdüyü
vəziyyətdə ona kömək etməklə yenidən hakimiyyəti bölüşdürmək
niyyətindədir.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu