İrəvan “DQR”-i tanıyarsa... Kremlin “Qarabağ planı” yenidən gündəmdə
Bizi izləyin

Nida.az

İrəvan “DQR”-i tanıyarsa... Kremlin “Qarabağ planı” yenidən gündəmdə

Bu gün Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma “DQR”-in tanınması məsələsinə baxacaq.

Publika.az xəbər verir ki, erməni diplomatik dairələrindəki mənbə “İzvestiya” qəzetinə açıqlamasında “dördgünlük müharibə”dən sonra İrəvanın bu addımla böyük riskə getdiyini deyib: “Əgər bu qanun layihəsi qəbul olunarsa, hökumət böyük risk etmiş olacaq. Serj Sarkisyan Dmitri Medvedevlə görüşdə Qarabağın müstəqilliyini tanımayacağına söz verdi. Lakin indi vəziyyət dəyişib. Ermənistan müharibə mərhələsinə keçir. Digər tərəfdən, baş verənlərdən sonra Qarabağın tanınmamasını izah etmək hökumət üçün də çətindir”.

“İzvestiya” qeyd edir ki, Ermənistan prezident administrasiyasına yaxın mənbələr hökumətin bu addımı atacağına şübhə ilə yanaşırlar.

“Rusiya Minsk qrupu formatından kənara çıxmağı heç də bəyənməyəcək”, - deyə mənbə bildirib.

Qəzet qeyd edir ki, “DQR”-in mayın 5-də tanınacağı gözlənilən deyil: “Görünən odur ki, məsələ yalnız müzakirəyə çıxarılır. Amma fakt odur ki, məsələnin müzakirəyə çıxarılması Azərbaycanı əsəbiləşdirmək deməkdir. Ermənistan bu addımla Azərbaycana mesaj verir və niyyətinin ciddiliyini göstərir”.

“İzvestiya” yazır ki, artıq Rusiya Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransanın da razılığını alaraq, münaqişənin həlli ilə bağlı planını təqdim edib.

“Bu plana görə, Ermənistan Qarabağ ətrafındakı yeddi rayondan beşini qaytarır. Azərbaycan Ermənistanı iqtisadi blokadadan çıxarır. Bundan sonra Dağlıq Qarabağa müvəqqəti status verilir. Münaqişə nə vaxtsa yenidən gərginləşərsə, o zaman, Qarabağın və qalan iki rayonun statusu ilə bağlı referendum keçirilməsi məsələsi qaldırılır. Bu ssenari ərazilərin minalardan təmizlənməsini və bölgəyə beynəlxalq sülhməramlıların daxil edilməsini də nəzərdə tutur. Bundan başqa, planda qaçqınların qayıtması da yer alır”, - deyə qəzet bildirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm