• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Deputatdan vacib TƏKLİF: “18%-lik ƏDV ləğv edilməlidir”

  • Nida.az
  • 6 May 2016 13:05
  • 618 Baxış
Deputatdan vacib TƏKLİF: “18%-lik ƏDV ləğv edilməlidir”

“Bizim qəbul etdiyimiz dəyişikliklər Azərbaycan iqtisadiyyatı üçün önəm daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən deputat Vahid Əhmədov deyib.

Onun fikrincə, qanunda vergidən azad edilmə sənaye parkları ilə yanaşı onlarla müqavilə bağlayan podratçı və subpodratçı qurumlara da aid edilir: “Ancaq podratçı təşkilatların vergidən azad edilməsi sonradan problem yarada bilər. Buna ciddi diqqət edilməlidir. Odur ki, diqqətlə nəzarət etmək lazımdır və ancaq sənaye parkları üçün gətirilən avadanlıqlara şamil olunmalıdır”.

Deputat qeyd edib ki, bəzi məhsullar üçün 18% əlavə dəyər vergisinin tətbiqi problem yaradır. O, qeyd edib ki, ərzaq və bəzi məhsullara tətbiq edilən 18% əlavə dəyər vergisi azaldılmalı və ya ləğv edilməlidir.

Deputat Cavid Qurbanov da Vahid Əhmədovun təkliflərini dəstəkləyib. Əlavə edib ki, bəzən Azərbaycan dəmir yolları üçün müəyyən avadanlıqlar alırlar: “Bu mallar ölkəmizdə istehsal edilmir. Odur ki, xaricdən gəlir. Hesab edirəm ki, Nazirlər Kabineti bəzi vacib malları əlavə dəyər vergisindən azad edə bilər”.

Millət vəkili Əflatun Amaşov isə təklif edib ki, Azərbaycana gətirilən qəzet və kağız malları üzərindən əlavə dəyər vergisi götürülsün və bu dəyişiklik məcəllədə öz əksini tapsın.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>