Nida.az
Azərbaycan Ordusu 7 milyon kvadratmetri işğaldan azad edib
“2-5 aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin
şimal-şərq hissəsində təxminən 7 milyon kvadratmetr ərazini
tutub”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda
“Şuşa batayolunu döyüşçülərinin ittifaqı” ictimai birliyinin sədri
Jurayr Sefilyan deyib.
Onun sözlərinə görə, “dördgünlük müharibə”də Ermənistan tərəfi
ciddi şəkildə mövqelərini itirib: “Əgər tezliklə biz həmin
mövqelərə nəzarəti ələ ala bilməsək, gələcəkdə ciddi problemlərlə
üzləşəcəyik. İndiyə qədər bununla bağlı çoxsaylı çağırışlar edilsə
də, hakimiyyət qulaq asmır. Bütün çağırışlara cavab olaraq rejim
bildirir ki, bu mövqelər strateji əhəmiyyətə malik deyil. Onlar
100-200 metr ərazidən danışırlar, amma bu yalandır. Faktiki itkilər
daha böyükdür”.
Sefilyan Ermənistanda ümumi səfərbərliyə çağırış edib.
“Yaxın vaxtlarda bizə ən böyük zərbə vurulacaq. 2-5 aprel döyüşləri
sadəcə başlanğıc idi”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu