• USD 1,7001 0,00% EUR 2,0087 +0,12%
    • GBP 2,2277 -0,86% RUB 0,0296 0,00%

Qarabağ müzakirəsi Yaponiya televiziyasında

  • Nida.az
  • 19 May 2016 16:36
  • 707 Baxış
Qarabağ müzakirəsi Yaponiya televiziyasında

Yaponiyanın “World Investors TV” internet televiziyasının növbəti canlı yayımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Publika.az Disporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, proqramın qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının rəhbəri, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycan həqiqətləri haqqında yapon tamaşaçılara geniş məlumat veriblər.

Canlı efirdə aparıcının suallarını cavablandıran qonaqlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlıarıan bu ərazilərdən qovulması barədə ətraflı danışıblar. Əlibəy Məmmədov və Xəlil Kələntər Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini və bu siyasəti dəstəkləyən bəzi dövlətlərin mövqeyini pisləyiblər. Azərbaycan torpaqlarının boşaldılmasına dair BMT-nin qətnamələrini xatırladan soydaşlarımız Ermənistan hakimiyyətinin buna məhəl qoymadığını, beynəlxalq hüquqa hörmətsizlik, saymazlıq etdiyini vurğulayıblar.

Əlibəy Məmmədov və Xəlil Kələntər dünya ictimaiyyətini Ermənistana qarşı ciddi tədbirlər görməyə, doğma yurdundan didərgin düşmüş bir milyonadək azərbaycanlının öz torpağına geri qayıtması üçün konkret addımlar atmağa çağırıb.

Verilişdə XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqrımı da diqqət mərkəzində saxlanılıb və yapon tamaşaçılara bu barədə geniş məlumat verilib.

Proqramda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 rayonun xəritəsi, eyni zamanda Ermənistanın işğalı altında olan və xarabalığa çevrilmiş Azərbaycan şəhərlərinin videogörüntüləri yerli tamaşaçılara təqdim edilib.

Müsahibədə aparıcının sualına cavab olaraq 2016-ci ilin aprel ayında yaşanan və “4 günlük müharibə” adı ilə tarixə düşən hadisələr barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki əhalisini hədəfə alan Ermənistanın işğalçı qüvvələrinə adekvat cavab verilib və döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri, kəndləri düşməndən azad edib.

Anar Tağıyev

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>