MİT rəhbəri barədə növbəti iddia: “Hakan Fidan İran…”
Bizi izləyin

Nida.az

MİT rəhbəri barədə növbəti iddia: “Hakan Fidan İran…”

MİT rəhbəri barədə növbəti iddia: “Hakan Fidan İran…”

Vaşinqtonda yerləşən Siyasət Mərkəzi “Türkiyədəki bələdiyyə seçkiləri və nəticələri” adlı bir konfrans təşkil edib.

Publika.Az – ın ABŞ mediasına istinadən verdiyi məlumata görə, Türkiyəni yaxından izləyən analitiklərin iştirak etdiyi konfransda diqqət çəkən əsas mövzu Türkiyə hökuməti ilə İran arasındakı əlaqələr olub. Yaxın Şərq siyasəti üzrə amerikalı ekspert Alan Makovski İran-Türkiyə əlaqələrindən danışarkən İsrailin bir müddət əvvəl dayandırdığı İran gəmisinin kapitanının türk olduğunu xatırladıb:

“Ortada böyük bir məsələ var. Ehud Barakın müdafiə naziri olduğu dövrdə söylədiyi bir məsələ var, bu da Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın İran tərəfdarı olmasıdır. Qəzzaya silah daşıdığına görə, keçən həftə İsrail tərəfindən saxlanılan və İrana aid olduğu iddia olunan gəminin kapitanı bir türk idi. Fikrincə, bunu bir təsadüf olaraq görə bilmərik”.

ABŞ-ın Türkiyədəki keçmiş səfirlərindən olan Erik Edelman 17 Dekabr iddiaları çərçivəsində nazirlərə pul transferi ilə bağlı iddianın əhəmiyyətli olduğunu bildirib:

“Ərdoğanın 17 Dekabr iddialarını aradan qaldırmaq üçün məhkəmə və polisin yenidən qurulması üçün göstərdiyi səylər bir tərəfə, ortada Türkiyə hökumətinin bəzi nazirlərinə iranlı bir vasitəçi tərəfindən (Rza Zərrabı nəzərdə tutur – Ö.D) pul transfer edildiyi barədə bir gerçək var. Mən ABŞ hökuməti adından danışa bilmərəm, amma rəhbərliyin buna reaksiya verməyəcəyini düşünmək doğru olmaz. Çünki, iddiaların bəziləri İrana tətbiq olunan embarqoların pozulması ilə bağlıdır”.

Amerikalı keçmiş səfir Ərdoğan 17 Dekabr iddialarını yox etmək istəməsinə baxmayaraq, bu vəziyyətin baş nazir üçün problem olaraq qalmaqda davam edəcəyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm