İSTANBULDA İLK: Dünya Humanitar Sammiti başladı – FOTOLAR
Bizi izləyin

Nida.az

İSTANBULDA İLK: Dünya Humanitar Sammiti başladı – FOTOLAR

Türkiyədə tarixdə ilk dəfə təşkil olunan Dünya Humanitar Sammiti işə başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sammit BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə keçirilir.

İstanbul Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir iki gün davam edəcək.

Sammitdə Azırbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 60-a yaxın dövlət və hökumət başçısı iştirak edir. Ərdoğan və digər ölkələrin liderləri qlobal humanitar yardım kömək sisteminin müzakirə olunacağı sammitin ilk proqramı olan nahar masasında görüşüblər.

Daha sonra Türkiyə prezidenti sammitin açılış çıxışını edəcək.

İstanbul Konqres Mərkəzi və ətrafında yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm