Nida.az
Sarkisyan amerikalı muzdluları Qarabağa gətirir
Amerikada yaşayan erməni muzdlular döyüşmək üçün
Qarabağa gəlir.
Publika.az xəbər verir ki, bu fakt
“İntellinews” saytının Azərbaycanın işğal olunmuş ərazilərindən
hazırladığı reportajda ortaya çıxıb.
Reportajda bildirilir ki, aprel döyüşlərindən sonra xaricdən bir
çox erməni bölgəyə gəlib: “Məsələn, Arutun Aqasarkiyan erməni
mənşəli ABŞ vətəndaşıdır. O, Corciya ştatında yaşayır”.
Məqalədə vurğulanır ki, Qarabağa gələnlər arasında Amerika
erməni legionunun (American Armenain Legion) üzvləri də
var.
Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası ABŞ-dakı erməni
legionu haqda informasiyalar yaymışdı. “Sabah” qəzeti Türkiyə
kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT erməni
legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar
Kaliforniya (bu ştat ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir)
yaxınlığında yaradılan xüsusi düşərgədə təlim keçirlər.
Bir müddət öncə Rusiyanın “oxitmity” saytının erməni yazarı
Vaqram Aqajanyanın qələmə aldığı məqalədə də erməni legionuna dair
məlumatlar var idi.
“ABŞ-dakı ermənilərdən təşkil olunan Amerika erməni legionu
müxtəlif növ silah növündən atəş açmaq və döyüş sənətinin
incəliklərini öyrənmək üçün təlim keçir. Amerika erməni legionunda
beş nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun
dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi
hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü
cəmləşib”, - deyə xəbərdə qeyd olunurdu. (http://publika.az/p/120120). Bu legionda təmsil
olunanlar əsas muzdlu əsgərlərdir.
Asif Nərimanlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan