“Sonradan məlum oldu ki, bunu qrant aldıqları üçün deyirlər”
Bizi izləyin

Nida.az

“Sonradan məlum oldu ki, bunu qrant aldıqları üçün deyirlər”

Onlar bu proseslərdə məni və qaziləri də söydülər. Məndən başqa heç kəsin adını çəkmədilər. Biz ümumi cavab vermişik, hər kəs öz payını götürsün. Bu gün Amerikanın, Avropanın maraqlarına işləyən, o maraqlardan çıxış edərək Azərbaycan dövlətini, dövlətçili

“Amerikanın uşaqları”. Olduqca maraqlı ifadə olan bu söz daha çox Hollivud filmlərinin adına bənzəyir. “Children of the American”: yaxşı film adı çıxardı, amma hələ heç bir hollivudlu rejissorun ağlına belə bir ideya gəlməyib.

Ötən əsrdə Afrika ölkələrində “Amerikanın uşaqları” ifadəsinə rast gəlinir və daha çox azadlıq, demokratiya tərəfdarları kimi işlədilirdi. Bu adla amerikalı müəllimlərin bu ölkələrə gedərək öyrətdikləri yeniyetmələr çağırılırdı. Qrup halında olan yeniyetmə birlikləri demokratiya, azadlıq, yəni dolayısı yolla Amerika ruhunda tərbiyə edilirdi.

Son dövrlər “Amerikanın uşaqları” ifadəsi Azərbaycanda da gündəmə gəlib, lakin onlara azadlıq və ya demokratiya carçısı kimi deyil, Amerikanın çörəyini yeyənlər olaraq yanaşılır. Bunun nə qədər uğurlu ifadə olduğunu deyə bilmərik, amma “Amerikanın uşaqları” deyəndə kimləri nəzərdə tuturlar, bu maraqlıdır.

Jurnalist Rey Kərimoğlu Publika.Az -a açıqlamasında bildirib ki, onların təbirincə “Amerikanın uşaqları” Azərbaycanın dövlətini, millətini söyən adamlardır: “Hamı bilir onlar kimdirlər. Onlar bu proseslərdə məni və qaziləri də söydülər. Məndən başqa heç kəsin adını çəkmədilər. Biz ümumi cavab vermişik, hər kəs öz payını götürsün. Bu gün Amerikanın, Avropanın maraqlarına işləyən, o maraqlardan çıxış edərək Azərbaycan dövlətini, dövlətçiliyini sarsıdan əməllər edən, milli dəyərlərini söyən, təhqir edənlər kimlərdirsə, onlar da xaricilərin uşaqlarıdır. Biz onlara belə deyirik. Onlar Amerikanın qrantları hesabına yaşayıb, dövlətimizi söyürlər”.

R. Kərimoğlu bildirib ki, hələ o zaman, Ramil Səfərov azadlığa çıxanda, Xədicə İsmayıl və onun tipli adamlar başladılar uydurmalar ortaya atmağa: “Guya Ramil Səfərov ermənini yatdığı yerdə öldürüb, nə bilib daha nələr. Əslində sonradan məlum oldu ki, onlar bunu qrant aldıqları üçün deyirlər. Onların arasında müxalifətdən olanlar da var və bu şəxslər müxalifətə bəzən xarici maliyyənin çatdırılmasında vasitəçilik edirlər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm