“İran Azərbaycana qarşı öz bildiyini yenə edəcək”- ekspertdən ilginc şərh
Bizi izləyin

Nida.az

“İran Azərbaycana qarşı öz bildiyini yenə edəcək”- ekspertdən ilginc şərh

“İran Azərbaycana qarşı öz bildiyini yenə edəcək”- ekspertdən ilginc şərh

“İlham Əliyevin Həsən Ruhani ilə görüşündə iki ölkə arasındakı fundamental məsələlərin həll olunduğuna inanmıram”.

Bu barədə İran üzrə siyasi ekspert Sədrəddin Soltan Publika.Az -a açıqlamasında Prezident İlham Əliyevin İrana rəsmi səfərini şərh edərkən deyib.


“Tehran Azərbaycanda İranyönlü ictimai-siyasi qüvvələri yenə dəstəkləyəcək”


Ekspert hesab edir ki, İran bundan sonra da Azərbaycana qarşı öz bildiyini yenə edəcək: “Prezientin İran səfərində qeyri-adi heç nə yuoxdur. Dəvət Həsən Ruhani tərəfindən gəlmişdi. Bu səfər də daha çox iki ölkə arasında iqtisadi münasibətlərlə bağlıdır. Buna qədər İlham Əliyev İrana iki dəfə səfər edib, biri iqtisadi əlaqələrlə bağlı olub, digərində isə İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçirilən zirvə toplatısına qatılmışdı. Bu da üçüncü dəfədir. Lakin mən fundamental məsələlərin həll olunduğuna inanmıram. Hesab edirəm ki, İranın əsas məsələlərdə münasibəti dəyişməyəcək. Azərbaycanın ərazi bütövlüyü məsələsində Ermənistanla münasibətlərini yenə əvvəlki kimi davam etdirəcək. Digər tərəfdən Cənubi Azərbaycanda türklərin haqları yenə tapdanacaq, İrandan Azərbaycana narkotik qaçaqmalçılığı davam edəcək. Rəsmi Tehran Azərbaycanda İranyönlü ictimai-siyasi qüvvələri yenə dəstəkləyəcək. Bu baxımdan, bu səfər belə məsələlərin heç birini həll etməyəcək”.

S. Soltan qeyd edib ki, səfər daha çox iki ölkə arasında münasibətlərin inkişafına, iqtisadi əlaqələrin dərinləşməsinə hesablanıb.

Ekspert bildirib ki, İrana qarşı dünyanın sanksiyaları azalıb və perspektivdə bunun daha da yumşalacağı ehtimal olunur. Onun sözlərinə görə, bunu8n fonunda prezidentin səfəri perspektivdəki iqtisadi münasibətlərə hesablanıb.


“Əhmədinejatın dəvətində İranın oyunu var idi”


Azərbaycan Prezidentinin uzun müddətdir İrana səfər etməməsini şərh edən ekspert bildirib ki, bundan öncə İrandan rəsmi Bakıya dəfələrlə dəvət gəlib.

“Biri Novruz bayramı ərəfəsində keçmiş prezident Əhmədinejat tərəfindən edilmişdi, digəri də Həsən Ruhaninin andiçməsi zamanı. Əhmədinejatın dəvətində İranın oyunu var idi. İran istəyirdi ki, prezident İlham Əliyevi Serj Sərkisyanla görüşdürsün və dünyaya özünü regionda güc sahibi olduğunu göstərsin. İlham Əliyev də doğru olaraq bundan imtina etdi. Bu həm də onu göstərdi ki, Azərbaycan Qarabağ məsələsində İranın aparıcı dövlət deyil, işğalçıya davamlı dəstək verən dövlət kimi qəbul edir”-deyə o bildirib.


“İlham Əliyevin İrana səfər etməsində ziyanlı məsələ yoxdur”


S. Soltan bildirib ki, Həsən Ruhani prezident olandan sonra İran hakimiyyətində yumşalma var. Onun sözlərinə görə, ABŞ-ın sanksiyaları da azalır: “ABŞ-la İran arasında kəskin ritorik çıxışlar azalıb. İrana qarşı bir sıra sanksiyalar götürülüb. Məsələn pulunun bir hissəsini qaytarıblar, mülki aviasiyasına qoyulan qadağaların bir hissəsi qaldırılıb. Atom nüvə proqramı ilə bağlı İranla altılıq ölkələr arasında danışıqlar davam edir. Ortada bir yumşalma var və belə bir məqamda İlham Əliyevin İrana qonşu ölkə kimi səfər etməsində heç bir ziyanlı məsələ yoxdur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm