Qarabağ görüşündə qəfil dönüş: Putindən “təhlükəli oyun” açıqlaması
Bizi izləyin

Nida.az

Qarabağ görüşündə qəfil dönüş: Putindən “təhlükəli oyun” açıqlaması

Dünən Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda həyəcanla gözlənilən Putin-Sarkisyan görüşündə qəfil dönüş olub.

Publika.az xəbər verir ki, "lenta.ru" saytı prezidentlərin jurnalistlər üçün mətbuat konfransı keçirmək niyyətində olmadıqlarını yazıb. Lakin Krıma edilən hücuma görə planlarda qəfil dəyişiklik edilib.

Qəfil dönüş

Vladimir Putinlə Serj Sarkisyanın görüşü heç bir ssensasiya xarakteri daşımırdı. Avqustun 8-də Bakıda Rusiya-İran-Azərbaycan prezidentlərinin görüşündən bir gün sonra Putin Ərdoğanla görüşdü. Sarkisyanla görüşə gəlincə, bu danışıqlarda İrəvanda polis binasının tutulması ilə başlanan hadisələrin müzakirəsi aparılacaqdı. Hər şey əvvəlcədən gözlənilən idi. Dövlət başçıları hətta jurnalistlər qarşısında bəyanatla çıxış etməyə hazırlaşmırdılar. Lakin günün ikinci yarısında Federal Təhlükəsizlik Xidmətinin Ukrayna diversantlarının Krıma hücum etdikləri haqda məlumatı planın kəskin şəkildə dəyişməsinə səbəb oldu. Mətbuata xəbərdarlıq edildi ki, Putin danışmaq istəyir.

Putindən xəbərdarlıq

"Bu çox həyəcanlı informasiyadır. İlk baxışdan bu, axmaq cinayətkar addım kimi görünür. Axmaq hərəkətdir, çünki Krımda yaşayan insanlara bu yolla təsir etmək qeyri-mümkündür. Bu, cinayətkarlıqdır, çünki insanlar həlak oldu", - deyə Putin bildirdi.

O, belə vəziyyətdə Norman formatında görüşün mənasız olduğunu vurğulayıb.

Halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrov iki gün əvvəl bildirmişdi ki, Çində keçiriləcək Böyük İyirmiliyin sammitində Norman formatının görüşü ola bilər.

"Bu əlaqələr mənə Luqansk respublikası rəhbərinə qarşı sui-qəsdi xatırladır. Budur, indi Krımın ərazisinə müdaxilə etməyə cəhd olub, Rusiya tərəfindən iki hərbi qulluqçu öldürülüb. Belə şeylərin üzərində keçməyəcəyik", - Putin sərt sözlərlə davam etdi.

Putin "Bu, çox təhlükəli oyundur" deyə xəbərdarlıq etdi.

Sarkisyan "günah keçisi"ni tapdı

Rusiya prezidenti daha sonra avqustun 8-də Bakıda Prezident İlham Əliyevlə görüşü haqda danışdı. Və təkrar etdi ki, problemin həllində güzəştlərə ümid edir.

Lakin Putin Bakıda aparılan müzakirələri konkret açıqlamayıb.

Sarkisyan isə İrəvandakı hadisələrə toxunaraq, çıxışına heç də gözlənilməz olmayan sözlərlə davam edib.

"Silahlı qrup tərəfindən polis alayının binasının tutulması göstərdi ki, ermənilər Qarabağ məsələsində güzəştləri yolverilməz hesab edirlər. Belə bir addım ölkə daxilində vəziyyəti partlada bilər", - deyə erməni prezident güzəştə getməməsini ermənilərin üzərinə yıxıb. Halbuki, İrəvandakı hadisələrin Qarabağla bağlı aparılan prosesdə birbaşa onun əlinə işlədiyi şübhəsiz idi.

Ermənilər yenə müharibə istəyir?

Sarkisyan "birtərəfli güzəştlər olmayacaq, Qarabağ Azərbaycanın tərkibində olmayacaq" deyə yenə "dördgünlük müharibə"dən əvvəlki mövqeyinə qayıdıb.

Və bu, avtomatik olaraq, müharibə variantını yenidən gündəmə gətirir.

Yox, onlar qorxur və Putinə sığınırlar

Moskvada olan erməni jurnalistlər bu qorxu ilə Putinə "Azərbaycan Rusiyadan silahlar alır, amma Moskva Ermənistana silah çatdırmalarını ləngidir, bu növbəti kəskinləşməyə şərait yaratmırmı?" sualı ilə müraciət ediblər.

Sarkisyanın Putinə deyə bilmədikləri

Təbii ki, bu sualın İrəvan mətbəxində hazırlandığı aydındır. Sarkisyan özünün deyə bilmədiyini "azad söz" adı altında erməni jurnalistlərə səsləndirir.

Və Putindən "sillə kimi cavab"

Və bu məqmda Putinin cavabı olduqca maraqlı idi.

"Müasir silah bazarında istənilən ölkə silah ala bilər. Anlayırsınızmı? Harda olursa olsun, bu, mümkündür. Lakin mən indi diqqəti işin hərbi tərəfinə çəkməzdim. Əgər biz problemi həll etmək istəyiriksə, sülhlə qərar verməliyik. Rusiya Ermənistanı silahla təmin etmək öhdəliklərini yerinə yetirir. Neft hasilatçısı, inkişaf edən iqtisadiyyata malik, böyük qızıl və valyuta ehtiyatlarına sahib olan Azərbaycan da əlbəttə ki, istədiyi yerdən silah almaq iqtidarındadır", - deyə Rusiya prezidenti erməni jurnalistlərin, dolayısı ilə Sarkisyanın arzulamadığı cavabı verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm