İdman
Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını üstələyən "Qarabağ" növbəti raunda adlayıb.
Publika.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.
İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.
01:17
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 3:0.
57-ci dəqiqədə Zakarya Savo adını tabloyua yazdırıb.
xxx
00:42
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 2:0.
29-cu dəqiqədə Pedro Bikalyo dəqiq zərbə müəllifi olub.
xxx
00:15
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabı açıb - 1:0.
5-ci dəqiqədə Jali Muaddib fərqlənib.
xxx
00:01
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilir.
Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.
Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq.
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ

















.jpg)




.jpg)




.png)




