Nida Xəbər
AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Bakının 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasi ilə bağlı bütün məsələləri həll etdiyini bildirib.
Publika.az xəbər verir ki, Lavrov bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşün açılışında danışıb.
Onun sözlərinə görə, dövlət başçıları səviyyəsində əldə olunan razılaşmalar, eləcə də hökumətlər və aidiyyəti nazirliklərin fəaliyyəti nəticəsində qəzanın nəticələri ilə bağlı bütün məsələlər tənzimlənib.
"Ali səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin işi sayəsində AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll etmişik", - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva və Bakı ikitərəfli münasibətlərin potensialını tam reallaşdırmaq istiqamətində irəliləyirlər.
O, həmçinin qeyd edib ki, hər iki tərəf gələcəkdə də əlaqələrin möhkəmləndirilməsi niyyətindədir və iki xalq arasında dostluğun böyük əhəmiyyət daşıdığını vurğulayıb.
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ






















.jpg)











