• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Əfqanıstanda 3, Suriyada 2 azərbaycanlı qadın döyüşür” - Şok açıqlama

  • Nida.az
  • 10 Aprel 2014 15:12
  • 1 929 Baxış
“Əfqanıstanda 3, Suriyada 2 azərbaycanlı qadın döyüşür” - Şok açıqlama

“Suriyada iki azərbaycanlı qadın döyüşür. Məndə olan dəqiq məlumata görə, azərbaycanlı qadınların sayı ikidir. Üçüncüsünün də olduğu deyilir, amma bu dəqiqləşməyib”.

Bu barədə konfliktoloq Arif Yunus Publika.Az -a açıqlamasında Suriyaya azərbaycanlı kişilərlə yanaşı, qadınların da getməsi xəbərinə münasibət bildirərkən deyib.

A. Yunus qeyd edib ki, başqa torpaqlarda din uğrunda döyüşə azərbaycanlı qadınların da getməsi faktı hələ 2009-cu ildən var. Onun sözlərinə görə, Suriya ilə yanaşı, bu gün Əfqanıstanda olan azərbaycanlı qadınlar da var: “Suriyada iki azərbaycanlı qadının olduğu dəqiqdirsə, Əfqanıstanda onların sayı 3-dür. Bu dəqiq informasiyadır. Gedən qadınlar da əsasən Azərbaycanın Şimalı bölgəsindən olan cavan qızlardır.

Təxminən 25-30 yaşlarında olanlardır. Bu qadınlar da əsasən sələfi təriqətinə mənsubdurlar və Suriyaya gedənlər kişilər kimi 100 faiz Türkiyə yolu ilə gedirlər. Əvvəlcə Türkiyəyə gedir, ordan da asanlıqla Suriyaya keçə bilirlər”.

Ekspert qeyd edib ki, bu qadınların əksəriyyəti ərlərinin arxasınca gediblər və orda da qalıblar.

“Orda ərsiz qadın yoxdur. Bəzən Əsədə tərəfdarları və şiələrə yaxın saytlar Suriyaya gedən qadınların cinsi istismar üçün getdiklərini yazırlar, amma bu belə deyil. Sələfilərlə yaxın saytlar da şiələr haqqında siğə etdiklərinə görə, müxtəlif informasiyalar yazırlar.

Amma bir var informasiya müharibəsi, bir də var reallıq. Reallıq odur ki, bu qadınlar da kişilər kimi əqidələrinə görə bu yolu tutublar.

Söhbət ondan getmir ki, onlar düz yol tutublar, ya yox. Bu yol yanlış da olsa onlar bunu edirlər və inanırlar ki, Allah yolunda vuruşur, öldükdə də cənnətə gedəcəklər.

Güman ki, ora gedənlərin 90 faizi sağ qayıtmayacaq və özləri də bunu yaxşı bilirlər, buna rəğmən də bu yolu tuturlar”-deyə A. Yunus qeyd edib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR