“Bakı silahları alır ki…”-Müharibə proqnozları
Bizi izləyin

Nida.az

“Bakı silahları alır ki…”-Müharibə proqnozları

Bakı Moskvadan olduqca faydalı və ən müasir hücum silahlanlarını əldə etdi. Azərbaycan bunun sayəsində ilk dəfə həqiqətən də Ermənistanın və Dağlıq Qarabağ üzərində ciddi üstünlüyə nail olmaq imkanı qazandı

Qafqaz, xüsusən regondakı həll olunmamış münaqişələr haqqında proqnozları və şərhləri ilə tez-tez gündəmdə olan rusiyalı ekspert Aleksandr Xramçik rus mediasında növbəti bir məqalə ilə çıxış edib.

Publika.Az “Qafqazın minalı sahəsi” başlıqlı məqaləni oxuculara təqdim edir.

Sınma xətləri

Qafqaz “qeyri-stabil" vəziyyətdə növbəti ilə daxil oldu. Region bütün postsovet dövrünü müharibələrlə keçirdi. Hərçənd, hazırda bu əsasən “soyuq müharibə”dir. Bu il regiondakı vəziyyətə Soçidə keçiriləcək Olimpiya Oyunları böyük təsir göstərəcək. Bu tədbir Rusiyaya nəhəng zərər və problemləri gətirdi. Hansı ki, nə maddi, nə də psixoloji planda heç vaxt ödənilməyəcək. Terrorizmə qalib gəlmək heç vaxt alınmır və bunun həm daxili, həm də xarici səbəbləri var.

Daxildəki əsas səbəb korrupsiyadır və təəssüf ki, hələ də qalır. Onunla real mübarizə haqqında danışmaq kifayət qədər çətindir, çünki korrupsiya tamamilə şüurlu olaraq bizim siyasi və iqtisadi sistemimizin əsasını təşkil edir. Sistem özü özü ilə mübarizə apara bilmir. Güc strukturlarındakı korrupsiya Qafqazda terrorizmin yayılmasına xüsusilə imkan yaradır. Şimali Qafqaz respublikalarda elitalarının loyallığı nə yerli əhalinin qəzəblənməsinə səbəb olur, nə də bu respublikalarda islam radikallarının fəaliyyətini azaldır.

Daha bir daxili amili qeyd etməmək olmaz. Pravoslavlığın ekspansiyası islamın radikallaşmasına səbəb olur.

Güclü xarici amillər də var. Rusiyadakı islam terrorizminin bir neçə xarici sponsoru var. İki çeçen müharibəsində də göründü ki, onlar kimlərdir. Bu gün bu sponsor daha təhlükəlidir və o “yaralı heyvan”a bənzəyir. Ər-Riyad 2013-cü ildə ağır zərbə alıb. Bəşər Əsəd rejimi Səudiyyənin bütün səylərinə baxmayaraq ayaqda durdu və daha da möhkəmləndi. ABŞ Suriyaya hərbi zərbə vurmadı, hərçənd Ər-Riyad xərcləri üzərinə götürmüşdü. Bundan başqa, Vaşinqton Ər-Riyadın əsas düşməni Tehranla barışmağa başladı. Səudiyyə BMT Təhlükəsizlik Şurasındakı yerindən imtina etdi. Səudiyyə uğursuzluqlarına görə, ilk növbədə Moskvanı ittiham edir. Bu halda Soçidə də zərbələri gözləmək olar. Yeni il əvvəli Volqoqradda törədilən partlayışlar da belə bir gözlənti üçün əsas verir.

Moskvanın siyasətinə gəlincə, yumşaq dillə desək təəccüblü görünür. Bu faktın heç bir izahı yoxdur ki, Rusiya indiyə qədər ərazisində vəhhabizmi qadağan etməyib. Səudiyyə Ərəbistanı və başqa Yaxın Şərq ölkələrində təhsil almış islam ruhanilərinin fəaliyyətinə qadağa yoxdur. Ən çox ehtimal edilən izah isə əfsus ki, ən sadə izahdır: Səudiyyə sadəcə olaraq burada kimlərəsə çox yaxşı vəsait ödəyir. Korrupsiya Rusiyanın daxili terrorizminin əsas qidalandırıcı mühitidir.

Tiflis müdafiəyə keçir

Başqa çoxillik münaqişələr Abxaziya və Cənubi Osetiya münaqişələridir. Münaqişələr “soyumuş” kimi görünür. Amma illüziyalara qapılmaq lazım deyil ki, Tiflis öz keçmiş muxtar qurumlardan rəsmən imtina edəcək. Hələ ki, ərazilərdən könüllü şəkildə imtinanın Şərqi Afrikada yalnız iki presedenti var - Efiopiya və Sudan. Dünyanın digər hissələrində itirilmiş ərazilərin müstəqilliyini könüllü şəkildə tanımaq halı müşahidə olunmayıb. Ancaq bu ölkənin yeni rəhbərliyi əvvəlkidən fərqli olaraq anlayır ki, əgər Rusiyada möhtəşəm daxili kataklizm olmayacaqsa, Abxaziya və Cənubi Osetiyanı hərbi yolla qaytarmaq üçün heç bir şans yoxdur. Gürcüstanın hər hansı xarici ölkədən kömək almaq şansı da yoxdur. Əlbəttə Tiflis Brüssel və Vaşinqtonda köhnə və sevilmiş "Gürcüstan mütləq NATO-un üzvü olacaq" mahnısını ifa etməkdə davam edəcək. Ancaq reallıq hissini tamamilə itirmiş insanlar buna inanmaqda davam edirlər.

Tiflisdə hətta bu yaxınlarda maraqlı bir ideya doğuldu: Hücum silahlarını, ilk növbədə tankları satmaq və əldə olunan pulla hava hücumundan müdafiənin vasitələrini almaq. Düzdür, bu ideyanın həyata keçirilməsi də böyük şübhə doğurur. Gürcülərin “T-72” tankları modifikasiya olunmayıb və onları sata bilsələr də çox ucuz satacaqlar. Müasir hava hücumundan müdafiə sistemləri isə əksinə, çox bahalıdır. Təxmin etmək çox asandır ki, Rusiya Gürcüstana hücum etməyə hazırlaşmır, Gürcüstanın isə Abxaziya və Cənubi Osetiyaya hücüm etmək imkanları yoxdur. Real vəziyyətin kəskinləşdirilməsi Cənubi Osetiyanın Şimali Osetiya ilə yenidən birləşməsi haqqında referendumun keçirilməsi təklifinin həyata keçirilməsi ilə mümkün olardı. Sözsüz ki, tarixi və etnik nöqteyi-nəzərdən bu tamamilə ədalətlə olardı. Osetin xalqı məcbur deyil ki, Lenin və Stalinin “müdrik milli siyasəti”nin əbədi əzab çəksin. Təəssüf ki, siyasət tarixi ədalətin bərpasına mane olur. Amma Moskvaya bu lazım deyil, xüsusilə Soçi oyunları ərəfəsində.

Qarabağ münaqişəsi

Qafqazın bir başqa hissəsi “soyumağa” hazırlaşmır. Dağlıq Qarabağ üçün yeni müharibəyə praktik olaraq zəmanət verilib, çünki nə İrəvan, nə də Bakı bu ərazidən imtina etməyəcək. Müharibə yalnız ona görə yenidən başlanmır ki, Azərbaycanın erməni ordusu üzərində həlledici qələbəni qazanması üçün kifayət qədər hərbi potensial yoxdur. Amma Bakı əhəmiyyətli neft gəlirləri sayəsində bu potensial sürətlə artırır, həm ixrac, həm də özünün istehsalı hesabına. Hazırda silahların yenilənməsi templərinə görə, Azərbaycan postsovet məkanında Rusiyadan sonra ikinci yeri tutur.

Məhz Rusiya son illərdə Azərbaycanın hərbi potensialının artırılmasına həlledici töhfə verib. Bakı Moskvadan olduqca faydalı və ən müasir hücum silahlanlarını əldə etdi. Azərbaycan bunun sayəsində ilk dəfə həqiqətən də Ermənistanın və Dağlıq Qarabağ üzərində ciddi üstünlüyə nail olmaq imkanı qazandı.

Əgər Moskva silahı ticarəti məsələsində yalnız maliyyə tərəfini rəhbər tutsaydı, Azərbaycana silah satışında təəccüblü heç nə olmazdı. Amma məsələ ondadır ki, Moskvanın hərəkətlərində həmişə geosiyasi aspekt daha qabarıq görünür. Rusiya Azərbaycandan fərqli olaraq böyük gəlirlərə malik olan uzaq Venesuelaya kreditlə silah satır. Amma postsovet məkanında inteqrasiya problemi Moskva üçün mütləq prioritetdir. Buna görə də Azərbaycana hücum silahlarının satılması təəccüblüdür. Ermənistan KTMT-nin, Azərbaycan isə, antirus GUAM-ın üzvüdür. Təxmin etmək çox asandır ki, Bakı bu silahları paradlarla nümayiş etmək üçün almır, Qarabağa qayıdışı üçün alır. Silah satışının artması müharibəni açıq-aydın yaxınlaşdırır və bununla da Rusiya özü üçün əhəmiyyətli problemlərini yaradır. Əgər Azərbaycan nəhayət ərazi bütövlüyünün bərpasına qərar versə, Moskva seçim qarşısında olacaq. Əlbəttə, Dağlıq Qarabağın Azərbaycanın hüququ baxımdan ərazisi və Ermənistanın ərazi bütövlüyünü toxunulmadığı bəhanəsi ilə bitərəfliyi saxlamaq olar. Amma yaxşı məlumdur ki, belə bir davranış Rusiyanın etibarlı müttəfiq imicinə dağıdıcı zərbə vuracaq. Və rəqiblə vuruşmaq lazım olacaq, hansı ki, özümüz silahlandırmışıq. Artıq Rusiya əhalisi bunu anlamayacaq.

Beləliklə, Rusiya tarixində növbəti dəfə özünə problemi yaratdı. Mümkündür ki, Azərbaycanda sonra Ermənistana da silah çatdırılması baş verəcək. Özü də Rusiyanın daxili qiymətləri ilə. Amma hələ ki, heç nə müşahidə olunmur. Ümid etmək qalır ki, polkovnik Ruzinskinin sözlərini Bakıda düzgün anlayacaqlar. Ən azından Soçi Olimpiya Oyunlarının sonuna kimi.

P. S. Xatırladaq ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinski Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya zvezda” qəzetinə müsahibəsində Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyata başlayacağı halda, Rusiyanın Ermənistandakı hərbi bazasının bu münaqişəyə cəlb oluna biləcəyini söyləmişdi.

“Azərbaycan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ üzərində öz hüquqi yurisdiksiyasını güc yolu ilə bərpa etmək barədə qərar qəbul olunarsa, Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki hüquqi öhdəliklərinə uyğun olaraq hərbi baza silahlı münaqişəyə qoşula bilər”, - rusiyalı hərbçi söyləmişdi.

2013-cü ilin noyabr ayında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Moskva səfərində bu bəyanat gündəmdə olmuşdu. Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqo A. Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib: "Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm