TRT "Avroviziya"dan imtina etdi
Bizi izləyin

Nida.az

TRT "Avroviziya"dan imtina etdi

TRT "Avroviziya"dan imtina etdi

“Avroviziya”da müsiqi notları yarışmalıdır, siyasət yox. Biz erməni təxribatlarını qınayır və yarışdan imtina edirik”.

Bu sözləri TRT Bakı təmsilçisi Əmrah Timurçin Yazıcı Türkiyənin Avroviziyada iştirakdan imtina etməsi və Ermənistanın bu yarışmada qalib gəlməsi barədə yayılan xəbrələrə münasibət bildirərkən deyib.

Əmrah Yazıcı bildirib ki, Avroviziyanın bir musiqi yarışması olduğuna görə bu yarışda siyasi məsələlərin yer almasını düzgün hesab etmirlər: “Burada musiqi notları yarışmalıdır, siyasət yox. Ermənistan yarışmadan öncə dəfələrlə belə təxribatlara yol verib. Elə biz də TRT olaraq bunu qınayırıq. Və Avroviziya yarışmasında iştirakdan imtina edirik. Bir daha qeyd edirik ki, bir musiqi yarışının siyasiləşdirilməsi yol verilməzdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm