• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hesablama Palatasının hesabatı dinlənilib(YENİLƏNDİ)

  • Nida.az
  • 18 Aprel 2014 14:20
  • 1 067 Baxış
Hesablama Palatasının hesabatı dinlənilib(YENİLƏNDİ)

Milli Məclisdə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib.

Millət vəkili Elmira Axundova Milli Məclisin bu gün keçirilən iclasında hesabat verən Hesablama Palatasının sədrinə bir sıra suallar ünvanlayıb. Publika.Az xəbər verir ki, E. Axundova “Baxçalar üçün ayrılan vəsait niyə icra edilməyib?” deyə bildirib.

Onun sözlərinə görə, hesabatında göstərildiyi kimi təhsilə ayrılan pul, ötən ilki ilə müqayisədə 8 faiz çoxdur. Arzu edirəm ki, bura müəllimlərin məvacibi də aid olsun.

E. Axundova bildirib ki, Texnik peşə sahələrinə heç kimdə həvəs yoxdur: “Fikrimcə bu sahəyə diqqət yetirilməlidir. Mənzil kommunal təsərrüfatı xərcləri və dövlətin əmlak alqı-satqısında real bazar qiymətləri nəzərə alınmır. Bunlar gizli biznesdir. Burada süründürməçiliklər var. Rayonlarda məktəbəqədər təhsil müəssisələrinə diqqət yetirilməlidir. Son illər kəndlərdə baxçaya tələbat artıb. Bu məsələ ilə bağlı hesabatda bir fakt diqqətimi cəlb etdi. Baxçalar üçün ayrılan vəsait icra edilməyib. Niyə? Bunun səbəbi niyə açıqlanmır? Bilmək istərdim ki, eyni qanun pozuntusu, eyni problem niyə ildən ilə ötürülür? İstərdim ki, buna cavab verilsin”.

***

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2013-cü ildə aparılan auidit işlərindən danışıb.

Publika.Az xəbər verir ki, palata sədri bildirib ki, təqdim olunana hesabatda millət vəkillərinin bir sıra təklifləri nəzərə alınıb.

V. Gülməmmədov qeyd edib ki, hesabat dövründə aparılan auditlərin 5-i büdcə təşkilatlarında, 59-u digər dövlət qurumlarında, 4-ü büdcədən kənar müəsisəslərində aparılıb: “Aparılmış nəzarət auditləri büdcə təşkilatlarının hamısını əhatə edib. Həmçinin, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq idarəsi və digər qurumlarda ilk dəfə audit tədbirləri həyata keçirilib”.

Palata sədri bildirib ki, hesabat döründə bir sıra nöqsanlar qeydə alınıb. Onun sözlərinə görə, əsas nöqsanlar dövlət orqanlarında şöbə və sektorları yaradılması zamanı şatat vahidləri normativdən aşağı olması, Səhiyyə Nazirliyində ştat saylarının düzgün olmaması, sosial müavinətlərin ödənilməsində artıq ödəmələrə yol verilməsi, mənzil- kommunal sahısində normativlərin düzgün olmaması, xidmət haqlarının vaxtında və düzgün yığılmaması, tikinti işlərinin aparılması zamanı layihə -smeta işlərinin görülməməsi, xüsusi razılıq tələb olunan sahələrdə lisenziya olmadan fəaliyyət göstərilməsi və maliyyə hesabatlarının düzgün aparılması ayrı-ayrı müəssisələrə xas olan nöqsanlardır: “Bununla yanaşı, vəsaitılərin xərclər smetasında nəzərə tutulmuş normativdən çox xərclənməsi, debitor borclarının gecikdirilməsi, satınalınmaların düzgün aparılmaması, büdcə vəsaitlərindən istifadə etməklə müsabiqənin satınalınma metodlarından əvvəlki illərə nisbətən az istifadə etməsidir”.

V. Gülməmmədov bildirib ki, hesabat dövründə 4,3 milyon manat və 38 min avro dövlət büdcəsinə köçürülüb: “Bununla yanaşı, 196,1 min manat vəsait müdafiə fonunda köçürülüb. Vergilər nazirliyi ilə birgə aparılan yoxlamalar nəticəsində 2,5 milyon manat əlavə vergi, 17,3 milyon manat vergi borcu qeydiyata alınıb. Bu məbləğ dövlət büdcəsinə köçürülüb. Nəzarəti qabaqcadan aparılmış 86,3 milyon manat debitor borlcarının bağlanması həyata keçirilib. Hesabat dövründə nöqsanlara görə, 13 nəzarət obyektində 99 ştat bağlanıb. 2013-cü il ərzində vəzifədən sui-istifadəyə görə, bir sıra qurumlarla bağlı məlumatlar Baş prokurorluğa təqdim olunub. 254 nəfər məsul şəxsə intizam tədbirləri tətbiq olunub”.

V. Gülməmmədov qeyd edib ki, bəzi müəssisələrdə intizam qaydalarına əməl edilmir, bu da sonradan problemlərin yaranmasına səbəb olur. Palata sədri qurumun ötən il beynəlxalq təcrübəsindən də danışmış, bəzi beynəlxalq tədbirlərin Azərbaycanda keçirildiyini bildirib. Qeyd edib ki, Hesablama Palatası bundan sonrakı fəaliyyətində də şəffaflığın qorunması istiqamətində çalışacaq.

“Nə qədər insalarımız şəkərli diabetdən əziyət çəkir. Amma 2013-cü ilin sonuna qədər bunun üçün alınan kluqometlərin heç biri paylanılmayıb”.

Publika.Az xəbər verir ki, bu barədə deputat Qənirə paşayeva Mili Məclisdə Hesablama palatasının hesabatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bir sıra ciddi xəstəliklərlə bağlı dərman pereparatları anbarlarda saxnaılır, amma xəstəlırə verilmir: “Bura xronoki böyrək çatışmazlığı xəstəliliyi, vərəm xəstəliyi, yoluxucu xəstəliklərlə bağlı dərman peraparatları anbalarda saxlanılır. İlin sonuna qədər bəziləri istifadə müddətini başa vurur və ziyan olur. Eyni zamanda talassemiya və hemafiliya xəstəliklərinin reyestri yaradılmayıb. Hesab edirəm ki, bunlar ciddi problemlərdir və həlini tapmalıdır”.

Zahid Oruc isə Hesablama Palatasının ştat işçilərinin artırılmasını və səlahiyyətlərinin genişləndirilməsini təklif edib.

Deputat vurğulayıb ki, palatanın müəyyən etdiyi maliyyə yeyintiləri sonradan geri qaytarılmır və bu məsələyə də ciddi yanaşmaq lazımdır. Vahid Əhmədov isə deyib ki, palatanın hesabatlarına baxanda məlum olur ki, nəzarət mexanizmi zamanı nöqsanlar çoxdur: "Mən 2013-cü ilin hesabatında iki istiqaməti diqqətə çatdırmaq istəyirəm. Səfirliklərin yoxlanılmasında nöqsanlar var. Təhsil Nazirliyində, əsaslı təmirdə ciddi problemlər var. Hesab edirəm ki, institutularda da eyni vəziyyətdir. Biz Milli Məclisdə böyük layihələri keçirirk. Təxminən 300 milyondan,1 milyarda qədər. Mən istərdim ki, Hesablama Palatası bu qurumların da yoxlanılması mexanizmini işləyib hazırlasın. Hesab edirəm ki, Satınalmalar haqqında qanuna da yenidən baxmaq lazımdır. Audit yoxlamalarının aparılması zamanı korrupsiya faktlarının araşdırılması üçün palataya əlavə səlahiyyətlər verilməlidir. Mən hesabata səs verəcəyəm".

Əli Məsimli isə bildirib ki, hesabat yaxşı formalaşan mütəxəssislərdən ibarət komanda tərəfindən hazırlanıb.

"Mən hesabata səs verəcəyəm. Təklif edirəm ki, dövlət maliyyə nəzarəti haqqında qanun hazırlansın. Palata İsveç və Çin səfirliyimizda təhqiqat aparıb. Hesab edirəm ki, səfirliklərdə mütəxəssislərin və hazırlıqlı şəxslərin hesabına gücləndirilməlidir. Fikrimcə, Gürcüstandakı səfirliyimizdə buna ehtiyac var".

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR