KXCP seçkiyə görə Milli Şuradan ayrılır - Açıqlama
Bizi izləyin

Nida.az

KXCP seçkiyə görə Milli Şuradan ayrılır - Açıqlama

KXCP seçkiyə görə Milli Şuradan ayrılır- Açıqlama

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan ayılır.

Bu barədə Publika.Az-a Milli Şuranın adının çəkilməsini istəməyən üzvü məlumat verib. Məlumata görə, KXCP bələdiyyə seçkilərində iştirak etməkdə israrlıdır və bununla bağlı qərar verib: “Hətta partiya yerlərdə təşkilatlanma işlərinə başlayıb. Milli Şura daxilində isə seçkidə iştirak məsələsi birmənalı qarşılanmır. AXCP təklif edir ki, bələdiyyə seçkiləri boykot edilsin və seçkinin saxtalaşdırılacağı əvvəlcədən bəyan edilsin, bu istiqamətdə də beynəlxalq təşkilatlar məlumatlandırılsın. KXCP isə bu təkliflə razı deyil və iştirak məsələsi üzərində dayanıb. Bu baxımdan qurum daxilində iki partiya arasında münasibətlər mənfi müstəvidə davam edir. Gözləniləndir ki, KXCP soyuqluğu əsas gətirib qurumdan getsin”.

Milli Şura üzvü iddia ki, KXCP-nin gedişi bələdiyyə seçkisindən əvvəl olmasa belə, seçkidən sonra mütləq baş verəcək.

KXCP sədrinin müavini Xəzər Teyyublu məsələ ilə bağlı Publika.Az-a açıqlamasında bələdiyyə seçkilərində iştirakla bağlı qərar verdiklərini təsdiqləyib. Bildirib ki, KXCP bu məsələdə israrlıdır və hazırda təşkilatlanma işləri aparılır: “2014-cü ildə partiyanın Ali Məclisi bələdiyyə seçkilərində iştirak qərarının verib. Bütün respublika boyu namizədlərimiz hazırdır, seçkilərə ciddi hazırlıq işi gedir. Regionlarda iclaslar keçirilib, seçkilərlə bağlı təlimatlar hazırlanıb, bütün şöbələrə çatdırılıb və buna uyğun ciddi hazırlıq işləri həyata keçirilir. İstəyirik ki, bələdiyyə seçkilərində öz gücümüzü ortaya qoyaq”.

Partiya rəsmisi qeyd edib ki, KXCP Milli Şuranın seçkilərlə bağlı hansı qərarı verməsindən asılı olmayaraq qərarını qüvvədə saxlayacaq.

“Milli Şurada bu məsələlər müzakirə olunmayıb. İstərdik ki, onlar da öz qərarını versin. Çünki əgər Milli Şura parlament seçkilərində iştirak etməyi düşünürsə, bələdiyyə seçkilərində də iştirakı məqsədəuyğun hesab etməli və qərar verməlidir. Bu yalnız işin xeyrinə olar. Yox, qərarları başqa cür olacaqsa, KZXCP-nin qərarı qüvvədədir və bu qərar icra olunacaq”-deyə partiya rəsmisi bildirib.

Lakin X. Teyyub AXCP ilə fikir ayrılıqlarının, qarşıdurmanın olmadığını bildirib. Onun sözlərinə görə, KXCP birliyin tərəfdarıdır və sona qədər bunu dəstəkləyir: “Bizim Əli Kərimlinin təşkilatı ilə heç bir problemimiz yoxdur. Elçibəyin zamanında hansısa ayrılıqlar, parçalanmalar olub. Amma indi ümumi iş namizəd, gələcək namizəd bir yerdə olmağımız daha doğrudur. KXCP müxalifətin favorit qüvvəsi olaraq hər kəsin bir yerdə olmağı arzu edir. Gələcəkdə nə olacaqsa, bu, gələcəyin işidir. Amma bu gün heç bir siyasi təşkilatla problemimiz yoxdur. Sadəcə olaraq seçkilərdə iştirak etmələrini istəyirik”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm