Nida.az
Şimal təhlükəsi - Amerikalı diplomat nəyi nəzərdə tutur?
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Ukrayna böhranı fonunda Dağlıq Qarabağ açıqlaması xüsusi diqqət çəkdi. Amerikalı diplomat artıq ikinci dəfədir ki, belə bir fikri ortaya qoyur. Bu həm də “Rusiya təhlükəsi” dalğası ilə paralel olaraq da nəzəri öz üzərinə çəkir.
“Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir”.
Morninqstar belə deyir. Lakin diplomatik dillə, amma bir qədər açıq formada deyilən bu sözlərlə “Ağ Ev”-in Bakıdakı elçisi nəyi nəzərdə tutur? Vaşinqton Bakıya Şimal təhlükəsindən və Kiyevdən sonra eyni müstəvisinin Cənubi Qafqaza köçürüləcəyinin “SOS”-nu verir, yoxsa həqiqətənmi münaqişənin həllinə çalışır?
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Publika.Az-a açıqlamasında bildirib ki, amerikalı diplomat bununla daha çox Rusiya təhlükəsinə diqqət çəkir: “Bu gün Ukraynada Krımı ilhaq etməklə problemi Rusiya yaratdı. Azərbaycanın da faktiki olaraq buna bənzər problemi var və Şimaldan Bakının ünvanına təhdidlər səslənməkdədir. Şübhəsiz ki, belə olan şəraitdə münaqişənin həll olunmamış qalması təhdidlərin reallaşması və bu təhdidlərin daha geniş miqyaslı istifadə edilməsinə imkanlar tanıyır. Səfir bunu nəzərdə tutur”.
Lakin politoloq qeyd edib ki, indiki mərhələdə münaqişənin həlli
dalana dirənib. Onun sözlərinə görə, atəşkəsin də müddəti başa
çatır: “Minsk qrupunun həmsədrləri faktiki olaraq ən yaxşı halda
sülhü qoruyub saxlaya bilər. Ona görə də burda münaqişənin həlli
ilə bağlı perspektiv görmürəm”.
Ə. Oruclu bildirib ki, Azərbaycanın Rusiyanın iradəsinə boyun
əyməyi faktiki olaraq suverenliyin itirilməsidir: “Təkcə Gömrük
İttifaqına qoşulsaq bu itki reallaşacaq. Hələ mən vətəndaşlıq
məsələsini, Dağlıq Qarabağ münaqişəsini demirəm. Rusiyanın niyyəti
bəllidir. Belə bir dövlətlə dost olmaq müstəqilliyindən imtina
etmək deməkdir”.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu