Nida.az
İstanbulda Əliyev-Putin-Ərdoğan zirvəsi: gələcəyin konturları cızılır – TƏHLİL
Azərbaycan prezidenti İlham Əliyev 23-cü Dünya Enerji
Konfransında iştirak üçün İstanbula səfər edib. Türkiyə prezidenti
Rəcəb Tayyip Ərdoğanla görüşən Azərbaycan prezidentinin müxtəlif
görüşlər keçirəcəyi gözlənilir. Dünyanı bir çox ölkəsindən
liderlərin qatıldığı İstanbul zirvəsi Rusiya prezidenti Vladimir
Putinin də iştirakı ilə diqqət çəkir.
Putinin İstanbula səfər etməsi Rusiyanın enerji dövləti olması
baxımından təəccüblü deyil. Lakin bu həm də Ankara-Moskva
yaxınlaşması fonunda dəyərləndirilməlidir. Türkiyədə 15 iyul dövlət
çevrilişi cəhdindən sonra Ərdoğanla Putin təyyarə böhranı ilə
yaranan problemləri bir kənara qoyaraq, əl sıxışdılar. İki liderin
yaxınlaşmasında Bakının da müəyyən rolu oldu. Əslində, bununla
regionda yeni siyasətin – Ankara-Bakı-Moskva yaxınlaşmasının
izlənəcəyi şübhəsiz idi. Bu baxımdan, hər üç liderin – İlham
Əliyevin, Vladimir Putinin və Rəcəb Tayyip Ərdoğanın İstanbulda
üçtərəfli şəkildə nələri müzakirə edəcəyi maraqlıdır.
Hesab etmək olar ki, hər üç liderin rəsmi görüşü olmasa belə,
qeyri-rəsmi şəkildə müzakirələri baş tutacaq. Bu, bağlı qapılar
arxasında da ola bilər, yaxud kulislərdə də. Amma bir sıra siyasi
amillər bu görüşü şərtləndirir.
Konfransda ilk diqqət çəkən məqam İlham Əliyev, Vladimir Putin və
Rəcəb Tayyip Ərdoğanın fotosu idi.
Bu foto üçtərəfli formatın-ittifaqın görüntüsü hesab oluna bilər.
Hansı ki, liderlər avqust ayında bu formatın əsasını qoymuşdular.
Avqustun 8-də Bakıda səfərdə olan Putin bir gün sonra
Sankt-Peterburqda Ərdoğanı qəbul etmişdi. Həmin görüşdə, regionda
"Türkiyə-Rusiya-Azərbaycan" formatının anonsu verildi. Lakin
görüşdən sonra bu format haqda çox da danışılmadı, hər-halda
bununla bağlı heç bir məlumat mediaya çıxmadı.
Hesab etmək olar ki, Türkiyə və Rusiyanın razılaşdığı formatla
bağlı İstanbulda Azərbaycanın da mövqeyi öyrəniləcək və bundan
sonra daha konkret addımlar atılacaq.
Mümkün Əliyev-Putin-Ərdoğan görüşündə əsas xətt bu ola bilər.
Bu məsələni həll etmək üçün xüsusi görüşə ehtiyac olmaya da
bilərdi. Çünki Putin Ərdoğanla görüşdən bir gün öncə Bakıda idi və
güman ki, məsələ ilə bağlı razılaşdırmalar aparmışdı. Lakin yeni
müzakirəni zəruri edən səbəblər var.
1. Türkiyə və Rusiya yeni formatda Ermənistanı da görmək
istəyir.
2. Azərbaycan bu məsələyə yalnız Qarabağ münaqişəsinin ərazi
bütövlüyü çərçivəsində həll olunacağı təqdirdə razıdır.
Türkiyə Ermənistanla münasibəti normallaşdırmaq üçün qeyri-rəsmi
şəkildə təmaslar aparıb. Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu
da açıqlamışdı. Təbii ki, hər şey Bakının məlumatlandırılması
çərçivəsində aparılırdı. Ankara-Moskva münasibətlərinin
düzəlməsindən sonra bu məsələ daha real forma alır.
Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
olunur. Lakin Rusiya bu məsələdə öz planına üstünlük verir. Bu
plana görə, rayonlar qaytarılır, qaçqınlar qayıdır, Qarabağın
statusunun həlli müzakirə olunur. Moskvanın istəyi odur ki, regiona
rusiyalı sülhməramlılar yerləşdirilsin. Bu, Azərbaycanın marağına
uyğun deyil. Lakin sülhməramlıların tərkibində türk hərbiçilərinin
olması bu məsələnin müzakirə edilməsinə şərait yarada bilər.
Beləliklə, münaqişə həll olunur və regionda Ermənistanın da iştirak
etdiyi yeni birlik yaranır.
Rusiya: bununla Qərb qarşısında yeni güc əldə
edir; Cənubi Qafqazın ABŞ-ın əlinə keçməsinə imkan vermir; cənub
sərhədlərində təhlükəsizliyini təmin edir.
Türkiyə: Qərbə qarşı alternativ güc əldə edir;
Ermənistanla münasibətlərini yoluna qoyaraq, qondarma "erməni
soyqırımı" iddialarını sıradan çıxarır, yaxud ən azından zəiflədir;
Ermənistanda yeni iqtisadi bazar qazanır;
Azərbaycan: işğal altında olan ərazilərini güllə
atmadan azad edir.
Ermənistan: iqtisadi dividentlər qazanır;
regiondakı layihələrə qoşula bilir.
Əgər plan baş tutsa və Ermənistan bu formatda yer alsa, İranın da
regional ittifaqda təmsil olunması təmin oluna bilər. Avqustun 8-də
Bakı görüşündə Putin Həsən Ruhani ilə bu məsələni müzakirə edib.
Lakin hazırda Qərbin sanksiyalarından yenicə qurtulmağa çalışan
Tehran müəyyən qədər ehtiyatlı davranır. Xüsusilə Rusiya ilə açıq
əməkdaşlığa getmək istəmir. Hesab etmək olar ki, Bakı görüşündə
razılıq olub ki, regionda planlaşdırılan formatla bağlı hər kəsin
razılığı alındıqdan sonra İran bura qoşula bilər.
İstanbulda liderlərin görüşündə məhz bu məsələlər müzakirə oluna
bilər. İstanbul səfərindən sonra Putinin oktyabrın 14-də Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak üçün
İrəvana səfər etməsi ehtimalları daha da artırır. Güman ki, Putin
İstanbul razılaşmaları haqda Sarkisyanı təlimatlandıracaq.
Lakin Amerikanın bunu sakit izləyəcəyini demək çətindir.
Vaşinqtonun regiondakı yeni formatı pozmaq üçün üç yolu var.
1. Rusiyaya qarşı yeni müharibə cəbhəsi açmaq.
Suriyada buna nail ola bilməyən Amerikanın ən yaxşı yolu Ukraynada
müharibəni qızışdırmaqdır. Avqustun 10-da (Putin Bakı səfərindən
qayıtdıqdan sonra Ərdoğanla görüşmüşdü və haqqında danışılan
formatın anonsunu vermişdi) Moskvada Putin-Sarkisyan görüşünün
getdiyi bir vaxtda Ukrayna xüsusi təyinatlılarının Krıma hücum
etməsi də bu kontekstdə təsadüfi deyildi.
2. Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan
verməmək. ABŞ dövlət katibi Con Kerrinin bir neçə gün öncə
"liderlər münaqişənin həllinə hazır deyil. Bu münaqişə
Fələstin-İsrail münaqişəsi qədər mürəkkəbdir" açıqlaması da buna
hesablanmış addımdır.
3. ABŞ indiki məqamda məmnuniyyətlə Sarkisyan
hakimiyyətini devirərək, İrəvana qərbyönümlü iqtidar gətirərdi.
Lakin Rusiya faktoru bunu mümkünsüz edir. İndi ən yaxşı variant
Sarkisyanı "yoldan çıxarmaqdır".
Sarkisyan "yoldan çıxdımı?"
Ermənistan mediasının məlumatına görə, Sarkisyan bu gün ABŞ-a
gedib. Rəsmi məlumata görə, o, ABŞ-da investorlarla görüşəcək.
Lakin ehtimal ki, erməni prezidenti Vaşinqtona yalnız buna görə
dəvət olunmur. Hesab etmək olar ki, Amerika erməni diasporunun
xətti ilə ona müəyyən vədlər verərək regionda razılaşmaları
qarışdırmaq tapşırığı verəcək. Sarkisyanın ABŞ-dan qayıdandan sonra
atacağı addımlar bu baxımdan maraqlıdır. Onun cəbhədə təxribat
hücumlarını artırması ehtimalı da var.
İndi hər şey Putinin İrəvanda necə qarşılanacağı və Sarkisyanın
ABŞ-dan nə ilə qayıdacağı ilə aydınlaşacaq. Lakin o həqiqətdir ki,
regionda yeni proseslərə artıq start verilib.
Asif Nərimanlı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər