Nida.az
“Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır” -Avropa İttifaqı Şurasının sədri
ATƏT-ə üzv və Avropa İttifaqı Şurasına sədrlik edən ölkə kimi Yunanıstan Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və münaqişə tərəfləri üçün məqbul həllinə nail olmaq məqsədilə göstərdiyi səyləri tamamilə dəstəkləyir. Bunu bu ilin birinci yarısında Aİ Şurasına sədrlik edən Yunanıstanın xarici işlər naziri və baş nazirinin müavini Evangelos Venizelos Trend-ə eksklüziv müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, münaqişələrin sülh yolu ilə həlli Yunanıstanın xarici siyasətinin fundamental prinsipidir və bu, həmçinin bir Avropa prinsipidir: "Bu, o deməkdir ki, münaqişələr beynəlxalq hüquq və milli suverenlik prinsipləri çərçivəsində həll olunmalıdır".
Yunanıstanın xarici işlər nazirinin sözlərinə görə, Avropa İttifaqının da Dağlıq Qarabağ məsələsinin həllində xüsusi marağı var və bu maraq Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsinin təyin olunmasında özünü göstərdi: "Bu konteksdə Avropa İttifaqının xüsusi nümayəndəsi münaqişənin həllində irəliləyişə nail omaq üçün əlverişli mühitin yaradılması və gərginliyin aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupuna dəstək rolunda çıxış edə bilər".
E.Venizelos bildirib ki, Yunanıstan həm ATƏT, həm də Aİ çərçivəsində münaqişələrin həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyən qərəzsiz vasitəçi rolunu oynayır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu