“Oğlumun beynini on-layn şəkildə...”- Vəhhabiliyə necə cəlb edirlər?
Bizi izləyin

Nida.az

“Oğlumun beynini on-layn şəkildə...”- Vəhhabiliyə necə cəlb edirlər?

hazırda Suriyaya gedərək vətənə qayıdan fransız vətəndaşlarının sayı təxminən 700 nəfərdir.

Suriya prezidenti Bəşər Əsəd rejimi ilə vuruşan silahlı qrup rəhbərləri eyni zamanda Böyük Britaniya və başqa ölkələr üçün terrorçular hazırlayırlar.

Publika.Az –ın məlumatına görə, bu barədə “Daily Telegraph” yazıb.“ABŞ, Britaniya və Fransa pasportu daşıyan gənc döyüşçülərə terror aktları törətməyi, maşınları partlatmağı öyrədir və sonra vətənə yollayırlar. Cihadçılar vətənlərində partlayış törətmək üçün əmr gözləyəcəklər. Güman edilir ki, Suriyada on minlərlə xarici döyüşçü olur. Onlar evlərinə qayıdanda ölkəsi üçün ən böyük təhlükə olacaq”, - qəzet Fransa daxili işlər naziri Manuel Valsın xəbərdarlıq etdiyini bildirir.

“Əl-Qaidə” Suriyada Böyük Britaniya və başqa Avropa ölkələrindən yüzlərlə cihadçıya məşq keçir. Onlar evlərinə qayıdaraq terror təşkilatının bölmələrini yaratmaq tapşırığı alırlar. Bu barədə Türkiyədə sığınan suriyalılardan biri “Daily Telegraph” qəzetinə danışıb.

Şərti adı Murad olan şəxs daha əvvəllər “İraq və Şam-İslam Dövləti” qruplaşmasının döyüşçüsü idi. Onun sözlərinə görə, Böyük Britaniya, kontinental Avropa və ABŞ-dan olan döyüşçülərə antiqərb dərsləri keçirilir və terror aktlarını həyata keçirməyi öyrədirlər.

Muradın sözlərini “MI5” Britaniya əks-kəşfiyyatı da təsdiq edir. “MI5”in məlumatına görə, Suriyada 500-ə qədər Britaniya vətəndaşı vuruşur. Murad “xarici döyüşçülərə keçirilən təlimlər zamanı 11 Sentyabr 2001-ci il terroru qürurla xatırlanır. Məhv edilməsi lazım olan hədəflərdən danışılır. Onların arasında Ağ Ev də var. Hər gün namaz qılınması üçün saat beşdə qalxırdılar. Bundan sonra Quranın öyrədilməsi başlanır. Daha sonra isə bir-iki saat məşq keçirilir. Məqşlərin müxtəlif tipləri var. Bəzən bədənimizə beş detonator bərkidilir və döyüşlərdə onları daşıyırdıq. Əsas nəsihətlərdən biri əsir alınmağımıza imkan verməmək idi”, -Murad danışır.

Murad sonradan başa düşür ki, Azad Suriya Ordusu başqa silahlı qrupların üzvlərini öldürməyə başlayıb. Muradın rəhbərləri danışırdılar ki, Bəşər Əsəd rejiminin bazasına hücüm etmək lazımdır. “Amma əslində orada başqa üsyançı qruplar var idi” deyən Murad öz qruplaşması ilə qaçmağa nail olub.

Britaniya əks-kəşfiyyatı keçən həftə vətəndaşı olan iki potensial döyüşçünü Suriyada ələ keçirə bilib. “Daily Telegraph” fransız xüsusi xidmət orqanlarının bu işdə o qədər də uğurlu olmadığını bildirir. Fransa kəşfiyyatı Tuluza şəhərindən 15 yaşlı iki oğlanın Suriyaya yola düşməsindən sonradan xəbər tutub. Bu cavan oğlanlar 6 Yanvarda tətildən məktəbə qayıtmayıblar. Sonradan aydın olub ki, onlar ailəsinə məxsus kredit kartları ilə Yaxın Şərqə təyyarə bileti alıblar.

Onlardan birinin atası” Depeche” qəzetinə bu sözləri danışıb: "Dekabrda oğlumun beynini onlayn şəkildə yumağa başladılar. O, Suriyadakı vətəndaş müharibəsi haqqında videoya baxırdı. Oğlum sosial şəbəkələrdə fasiləsiz otururdu və “Əl-Qaidə” döyüşçüləri ilə danışırdı. Oğlum onları qardaşı adlandırırdı. Oğluma zəng edəndə “səninlə bir ay sonra əlaqə saxlayacağam, əgər sağ olaramsa” deyirdi”.

Fransa daxili işlər naziri M.Vals bildirib ki, hazırda Suriyaya gedərək vətənə qayıdan fransız vətəndaşlarının sayı təxminən 700 nəfərdir. “Təhlükə var, bu təhlükə dalğası Fransanı və Avropanı aşacaq”, - fransalı nazir narahatlığını bildirir.Qərb mətbuatının yazdığına görə, xarici döyüşçülər əksər hallarda Suriyaya Türkiyə vasitəsilə daxil olurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm