• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qüdrət Həsənquliyev Təhsil Nazirliyinin fəaliyyətini təqdir etdi

  • Nida.az
  • 16 May 2014 13:16
  • 1 298 Baxış
Qüdrət Həsənquliyev Təhsil Nazirliyinin fəaliyyətini təqdir etdi

"Mikayıl Cabbarovu ən azından o fəaliyyətinə görə də təqdir etməliyik ki, təkcə keçən il orta illik göstərici üzrə xaricə təhsil almağa göndərilən tələbələrin sayı iki dəfə artıb".

Publika.az – ın verdiyi xəbərə görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan ilk məsələ Azərbaycanın 2013-cü il dövlət büdcəsinin icrası olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev büdcənin icrası ilə bağlı məsələnin ciddi olduğunu diqqətə çatdıraraq bir neçə məqama diqqət yönəltdi.

Millət vəkili ilk öncə gənclərin xaricdə təhsil alması ilə bağlı qəbul olunmuş dövlət proqramının icra vəziyyətindən narahatlığını bildirdi: "Hələ əvvəlki büdcə ilə bağlı parlamentdə məsələ müzakirə olunarkən, mən Azərbaycan Respublikası prezidentinin 2007-2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı qəbul etdiyi dövlət proqramının icrası məsələsinə xüsusi diqqət yetirmişdim. O zaman mən öz narazılığımı bildirmişdim ki, büdcənin icrası ilə bağlı sənədlərdə bu məqsədlə ayrılmış vəsait cəmi 41 faiz istifadə olunmuşdu. İndim 2013-cü il dövlət büdcəsinin icrası ilə bağlı bizə göndərilmiş layihə və rəylə tanış olanda da bununla bağlı hər hansı rəqəmlərə rast gəlmədim. Amma çox sağ olsun bizim "Milli Məclis" jurnalının baş redaktoru, o, təhsil naziri Mikayıl Cabbarovdan müsahibə alıb və orada bununla bağlı bəzi rəqəmlər var".

Qüdrət Həsənquliyev qeyd etdi ki, gənclərin dünyanın tanınmış universitetlərində oxumasına yüksək rəqabətə davamlı və yüksək ixtisaslı kadrların hazırlanması baxımından çox böyük ehtiyac var: "Hörmətli Samir Şərifov özü də Azərbaycandan kənarda təhsil alıb və sevindirici haldır ki, gənclərin xaricdə təhsil alması ilə bağlı belə bir proqram qəbul olunub. 2007-2015-ci illəri əhatə edən o proqramın başa çatmasına çox az bir vaxt qalıb. Mən təhsil nazirinin müsahibəsilə tanış oldum, o müsahibədə də qeyd olunur ki, proqram üzrə 5000 tələbənin xarici ölkələrə göndərilməsi nəzərdə tutulsa da, indiyədək yalnız 2612 nəfər xaricdə təhsil almağa göndərilib. Bu göstərici 50 faizdən bir az artıqdır və çox narahatedici bir faktdır. Halbuki, Azərbaycanın yüksək ixtisaslı kadrlara çox böyük ehtiyacı var. Əlbəttə, biz təhsil naziri Mikayıl Cabbarovu ən azından o fəaliyyətinə görə də təqdir etməliyik ki, təkcə keçən il orta illik göstərici üzrə xaricə təhsil almağa göndərilən tələbələrin sayı iki dəfə artıb. Yəni 2612 nəfərdən 787 nəfəri təkcə 2013-2014-cü illərdə təhsil almaq üçün xaricə göndərilib. Amma 2013-cü ilin büdcəsinin icrası ilə bağlı sənəddə göstərilmir ki, bu məqsədlə ayrılan vəsait neçə faiz icra olunub".

Millət vəkili bir məqamada da diqqət yetirib ki, gənclərin xarici ölkələrə təhsil almağa göndərilməsi zamanı ixtisas seçimi ilə bağlı məhdudiyyətlər var: "Adətən humanitar fənlər üzrə onları xaricdə təhsil almağa göndərmirlər. Amma məsələn, beynəlxalq səviyyəli universitetlərdə təhsil almış hüquqşünaslara bizim çox böyük ehtiyacımız var. Hansı ki, sabah onlar Azərbaycanın maraqlarını beynəlxalq təşkilatlarda, beynəlxalq məhkəmələrdə müdafiə edə bilərlər".

Qüdrət Həsənquliyev hökumətin diqqətini daha bir vacib məsələyə yönəldib: "Bizdə xarici dillərin öyrənilməsilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasına ehtiyac var. Xaricdə təhsil almağa göndərilən gənclərin tərkibini öyrənsək, görərik ki, onlar əsasən Bakıda və iri şəhərlərdə təhsil almış orta məktəb məzunlarıdır. Amma mən düşünürəm ki, xarici dillərin öyrənilməsilə bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bu gün Azərbaycan və ingilis dilində normal bir elektron lüğət yoxdur. Heç Azərbaycan-rus dillərində elektron lüğət yoxdur. Rusiyanın "Linqvo" deyilən çox mükəmməl bir proqramı var. Məsələn o şirkətlə də müqavilə bağlayıb bunu etmək olar".

Millət vəkili ipoteka kreditləşməsilə mövcud problemi də nəzərə çatdırdı: "Yaxşı haldır ki, büdcədən ipoteka kreditləşməsi üçün 40 milyon manat ayrılıb və tam şəkildə İpoteka Fonduna ödənilib. Amma bu yaxınlarda Statistika Komitəsi elan etdi ki, əgər ailəyə 300 manatdan çox vəsait gəlirsə, o ailə varlı ailə sayılır. Amma 300 manat alan adama hətta ipoteka krediti verilmir. Əgər varlılar ipoteka krediti ala bilmirlərsə, orta və aşağı təbəqə bu kreditlərdən necə istifadə edə bilər? Ona görə də istərdim ki, bu məsələyə də diqqət yetirilsin".

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR