“Ukraynada prezident seçkilərində saxtakarlıq olacaq”- Şok iddia
Bizi izləyin

Nida.az

“Ukraynada prezident seçkilərində saxtakarlıq olacaq”- Şok iddia

“Ukraynada prezident seçkilərində saxtakarlıq olacaq”- Şok iddia

“Ukraynada keçiriləcək prezident seçkilərində saxtakarlıq olacaq”.

Publika.Az xəbər verir ki, bu barədə Siyasi psixologiya mütəxəssisi, Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib. Onun qənaətinə görə, Ukraynada seçkilərdə xarizmatik olan namizəd seçilməlidir: “Ukrayna xalqı bu cür namizədi prezident olaraq qəbul edər. Ukraynada keçiriləcək növbədənkənar prezident seçkiləri 25 mayda olacaq. Seçkidə 21 namizəd mübarizə aparacaq. Ancaq onların arasında favorit demək olar ki, yoxdur.

A. Məmmədov bölgədə baş verən son durumu da şərh edib. Bildirib ki, Xəzər dənizi ətrafında oynanılan oyunlar artıq oyun olmaqdan çıxıb. Onun sözlərinə görə, bu vəziyyət hadisənin ən təhlükəli tərəfidir: “Vəziyyəti Qərb və Rusiya əlaqələri çərçivəsində dəyərləndirdiyimiz zaman məlum olur ki, mənfi yöndə siyasət aparanlar Qərb, xüsusən də ABŞ ideoloqları tərəfindən təhrik edilir. Rusiya ilə Ukrayna xalqını kökləri, tarixi keçmişi və inancları bir-birilərinə bağlayır. Bu da narahatçılıq yaradan ən vacib səbəblərdəndir. Rusiya üçün çıxış yolu qalmayıb. Və tədric olunmağa cəhd edildiyini görür. Rusiya ya (boyun əyərək) özü özünü parçalamalıdır, ya da, dirəniş siyasətini davam etdirməlidir. Çünki onun başqa çıxış yolu yoxdur”. Onun fikrincə, Ukrayna məsələsində bir mənalı danışmaq mümkün deyil.

“Burada vacib olan Ukrayna xalqının hər şeyi ölçüb-biçib düz yolu seçməsidir. Burada əsas rolu xalq oynayır. Bundan əvvəl qeyd etdiyim kimi bu xalq tarixi baxımından Rusiyaya daha yaxındır. Ukrayna bir yandan slav və türk (tarixdə pəçənəklərin, qıpçaqların və tatarların vətən olaraq) dünyasına aiddir. Hesab edirəm ki, əgər rəsmi Kiyev Moskvanın qərarlarına ciddi yanaşmasa bu Ukrayna xalqında şübhə və kin hissinin yaranmasına yola açacaq”-deyə politoloq qeyd edib.

Slavyan-Türk əlaqələrindən də danışan A. Məmmədov qeyd edib ki, türk dilli xalqların çoxluğuna və slavyan coğrafiyasına əsasən, Atlantizmə qarşı yeni geosiyasi həll siyasətinə yönələ bilərik: “Avrasiya materikinə nəzər salsaq böyük bir hissəsinin slavyan və türk dilli xalqlara mənsub olduğunu görərik. Rusiyanın özü belə türk dilli xalqların muxtariyyəti ilə doludur. Axırı vaxtlar çox çoxlu azəri və orta asiyalı Rusiyaya inteqrasiya edir. Moskvada gəzəndə küçənin hər yerində özbək və azərilərin danışıqlarını eşitmək mümkündür. Məhz buna görə demək olar ki, Rusiyada yeni bir cəmiyyət formalaşır. Rusiya bu gün çox asanlıqlar Slav-Türk olaraq qəbul edilə bilər. Ona görə bundan əvvəl qeyd etdiyim ki, ona vurulan zərbələr avrasiyaçılığa qarşı yürütdüyü siyasətin nəticəsidir. Rusiya və bizim bölgənin əleyhinə olanlar Avrasiya siyasətinə mane olmaq istəyirlər”.

Asif

Tərcümə Vusal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm