Cəbhə xəttində vəziyyət gərginləşib
Bizi izləyin

Nida.az

Cəbhə xəttində vəziyyət gərginləşib

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm