Elnur Kələntərov olimpiya çempionunun ona qarşı yaratdığı qruplaşmadan DANIŞDI
Bizi izləyin

Nida.az

Elnur Kələntərov olimpiya çempionunun ona qarşı yaratdığı qruplaşmadan DANIŞDI

Elnur Kələntərov olimpiya çempionunun ona qarşı yaratdığı qruplaşmadan DANIŞDI

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin sabiq aparat rəhbəri Elnur Kələntərov Azərbaycan Cüdo Federasiyasında vitse-prezident vəzifəsindən qəfil istefaya getməsinə və olimpiya çempionu Elnur Məmmədli ilə aralarında olan münasibətlərə aydınlıq gətirib.

E.Kələntərov Publika.az-a açıqlamasında deyib ki, onun Azərbaycan Cüdo Federasiyasından getməsinin Elnur Məmmədli ilə əlaqəli olması barədə yayılan məlumatlar doğru deyil:

“Axı Elnur Məmmədli nə təyin olunmuşdu? Mən federasiyadan gedəndə, heç Elnur Məmmədli 1-2 ay idi ki, ora təyin olunmuşdu. Hazırda Elnur Məmmədli ilə çox yaxşı münasibətlərim var. O, mənə qarşı qruplaşma yarada bilməz. Sadəcə olaraq, mən 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək 49 ölkədən 7-15 min idmançının iştirak edəcəyi Avropa Oyunlarının Cüdo yarışlarının rəhbəri təyin oldunduğum üçün federasiyadan istefa verdim”.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərov bu vəzifədən istefaya gedəndən sonra bu məsələ ətrafında yeni xəbərlər yayılıb. Belə ki, Elnur Kələntərovu istefa verməyə məcbur edən səbəb olimpiya çempionu Elnur Məmmədli ilə yaşanan qarşıdurma olub.

Məlumata görə, hazırda federasiyada vitse-prezident kimi çalışan Elnur Məmmədli qurumda qruplaşma yaradıb. Bu qruplaşma ilə Elnur Kələntərov arasında münasibətlər qaydasında olmayıb. Məhz həmin qruplaşmanın təzyiqi nəticəsində Kələntərovun istefa verdiyi bildirilir.

Olimpiya çempionu Elnur Məmmədli isə Publika.az-a açıqlamasında sözügedən məsələyə belə münasibət bildirib: “Bu, tam yanlış məlumatdır. Elnur Kələntərov ilə heç bir problemimiz olmayıb. Hazırda da münasibətlərimiz yaxşıdır”.

(əlavə məlumat üçün http://publika.az/p/22659)

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm