Rabitə və yüksək texnologiyalar naziri İrana gedir
Bizi izləyin

Nida.az

Rabitə və yüksək texnologiyalar naziri İrana gedir

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 17-də İrana rəsmi səfər edəcək. Bunu Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla ötən gün İranın Azərbaycandakı səfəri Möhsin Pakayin ilə görüşündə deyib.

Məlumata əsasən, səfər İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin dəvəti ilə baş tutur. İki günlük səfər zamanı tərəflər rabitə və informasiya texnologiyaları haqda mövcud əməkdaşlığın artırılması və əməkdaşlıqların gələcək prespektivləri məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı tərəflər həmçinin iki ölkənin özəl sektorları arasında əməkdaşlıqların artırılması, radio və televiziya sahəsində beynəlxalq aləmdə əlaqələrin genişləndirilməsi, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqların artırılması və informasiya təhlükəsizliyinin təmini ilə bağlı əməkdaşlıqların artırılması kimi məsələləri müzakirə edəcəklər. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm