SAM dünyanın ən güclü beyin mərkəzlərindən biri seçildi
Bizi izləyin

Nida.az

SAM dünyanın ən güclü beyin mərkəzlərindən biri seçildi

ABŞ-ın Pensilvaniya Universitetinin "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı" 2014-cü ildə dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlayıb

ABŞ-ın Pensilvaniya Universitetinin "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı" 2014-cü ildə dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlayıb.

Publika.Az –a Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) verilən məlumata görə, Mərkəz əsas reytinq sayılan "Dünya üzrə top-150 beyin mərkəzi" sıralamasında regional liderliyini qoruyaraq 123-cü yerdə qərarlaşıb.

Ötən il SAM bu reytinqdə 124-cü idi. Hesabatda SAM Mərkəzi və Şərqi Avropanın 31-ci ən yaxşı beyin mərkəzi seçilib.Ən yaxşı təbliğat aparan beyin mərkəzlərinin reytinqində 52-ci olub. Mərkəz dünyada 27-ci, Avropada isə 9-cu ən güclü dövlət beyin mərkəzi seçilib.

Ən yaxşı idarə olunan beyin mərkəzlərinin siyahısında isə SAM dünyada 49-cu yerdədir.Hesabatda Azərbaycanda 17 beyin mərkəzinin olduğu qeyd edilib ki, bu da ölkəmizin MDB məkanında Rusiya və Ukrayna ilə birlikdə ilk üçlükdə qərarlaşdığını göstərir.

Azərbaycan beyin mərkəzlərinin Pensilvaniya Universitetinin "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı"nın yeni reytinqində üstün mövqeləri Azərbaycan Prezidenti İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsi" siyasətinin bariz nümunəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm