Eldar Namazov qurultaya hazırlaşır
Bizi izləyin

Nida.az

Eldar Namazov qurultaya hazırlaşır

İdarə Heyəti 2014-cü ilin sonuna qədər hərəkatın birinci qurultayı keçirilməsi haqda qərar və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə bu işləri başa çatdırmaq üçün səlahiyyət verib.

“El” hərəkatı qurultaya hazırlaşır. Hərəkatın mətbuat xidmətindən Publika.Az –a verilən məlumata görə, bu məsələ İdarə Heyətinin yanvarın 24-də keçirdiyi iclasında müzakirə edilib.

İdarə Heyətinin toplantısında hərəkatın sədri Eldar Namazov son dövrdə görülən işlər haqda danışıb, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb və bu ilin fevralında Fransaya, may ayında isə ABŞ-a gözlənilən səfəri barədə informasiya verib.

Daha sonra İdarə Heyətinin gündəliyi təsdiq edilib. Gündəlikdə əsas məsələ kimi hərəkatın qurultayına hazırlıq və cari məsələlər geniş müzakirə edilib. Qurultaya hazırlıq işləri ilə bağlı İdarə Heyətinin üzvləri çıxış edib. Sonda Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin yaradılması haqda qərar verilib və Eldar Namazov yekdilliklə Təşkilat Komitəsinə sədr seçilib. İdarə Heyəti 2014-cü ilin sonuna qədər hərəkatın birinci qurultayı keçirilməsi haqda qərar və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə bu işləri başa çatdırmaq üçün səlahiyyət verib.

Cari məsələlərin müzakirəsi bölümündə bir sıra məsələlər diqqətə alınıb və müvafiq qərarlar verilib.İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin 130 illiyi haqda silsilə tədbirlər planını müzakirə edərək təsdiqləyib.Toplantıda Seyran Rəfiyev, Məzahir Şahvələdov və İldırım Məmmədov İdarə Heyətinə yeni üzv seçilmələri münasibəti ilə təbrik edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm